Icma.az
close
up
RU
Tolerantlıq sabitliyin və inkişafın təməlidir...

Tolerantlıq sabitliyin və inkişafın təməlidir...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dini və milli tolerantlıq hər bir sağlam cəmiyyətin əsas dəyərlərindən biridir. Fərqli dinlərə, millətlərə və mədəniyyətlərə hörmət insanların birgə və dinc yaşamasına şərait yaradır. Bu dəyər cəmiyyətin sabitliyini möhkəmləndirir, qarşılıqlı etimadı artırır. Azərbaycan tarixən müxtəlif xalqların və din nümayəndələrinin birlikdə yaşadığı məkan olub. Ölkəmizdə fərqli etnik qruplar öz ana dillərini, adət-ənənələrini və mədəni irslərini qoruyub saxlayırlar. Eyni zamanda, müxtəlif dini icmalar sərbəst fəaliyyət göstərir. Bu mühit qarşılıqlı hörmət və anlaşma üzərində qurulub.

Millətlərarası münasibətlərin inkişafı dövlət və cəmiyyətimizin ortaq məqsədlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər insanlar arasında dialoqu gücləndirir. Mədəniyyət festivalları, elmi konfranslar və birgə layihələr müxtəlif xalqların bir-birini daha yaxından tanımasına kömək edir. Tolerantlıq isə yalnız qanunlarla təmin edilmir. Bu dəyər ailədə, məktəbdə və gündəlik həyatda formalaşır. Uşaqlara kiçik yaşlardan fərqliliyə hörmət etməyi öyrətmək gələcəyin sağlam cəmiyyətini qurmağa xidmət edir. Hər bir vətəndaşın davranışı bu prosesdə mühüm rol oynayır.

Müxtəliflikdən güc alan cəmiyyətlər

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insanlıq tarixinin ən böyük sınaqlarından biri fərqliliklərlə yaşamağı bacarmaq olub. Onun sözlərinə görə, dilimiz, dinimiz, irqimiz və mədəniyyətimiz müxtəlif ola bilər, lakin bizi birləşdirən ən böyük dəyər insan olmağımızdır: “Din tarix boyu insanları qarşıdurmaya deyil, qarşılıqlı anlaşmaya, kinə deyil, mərhəmətə, nifrətə deyil, sevgiyə çağırıb. Tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı cəmiyyətlər daha dayanıqlı inkişaf edib, iqtisadi və mədəni yüksəlişə nail olub. Çünki qarşılıqlı anlaşma və etimad mühiti insanların yaradıcı potensialının üzə çıxmasına, yeni təşəbbüslərin reallaşmasına və ictimai həmrəyliyin güclənməsinə əlverişli zəmin yaradır. Müasir dövrdə qlobal problemlər xalqlar arasında əməkdaşlığı daha da vacib edir. Münaqişələrin deyil, dialoqun seçilməsi sülhə və sabitliyə aparan ən doğru yoldur. Dini və milli müxtəliflik cəmiyyət üçün təhlükə deyil. Əksinə, bu müxtəliflik inkişaf və zənginlik mənbəyidir”.

Rəqəmsal məkanda etimad və həmrəylik

A.Hacıbəyli qeyd edib ki, bu gün sosial şəbəkələrin və rəqəmsal informasiya platformalarının geniş yayılması fonunda cəmiyyətin hər bir üzvü nifrət nitqini, dini və milli zəmində ayrı-seçkiliyi, eləcə də dezinformasiyanın yaratdığı təhlükələri düzgün qiymətləndirməlidir: “Sosial sabitlik yalnız dövlət siyasətinin deyil, eyni zamanda hər bir vətəndaşın məsuliyyətli davranışının nəticəsi kimi formalaşır. Dini tolerantlığın qorunması radikal meyllərin qarşısının alınmasına da mühüm töhfə verir. Maarifləndirmə, dialoq və qarşılıqlı anlaşma bu istiqamətdə ən təsirli vasitələr hesab olunur. Cəmiyyət nə qədər açıq və inklüziv olarsa, bir o qədər dayanıqlı inkişaf əldə edər.

Bu gün milli və dini müxtəlifliyin qorunması yalnız humanitar məsələ deyil. Bu, həm də milli təhlükəsizlik, ictimai sabitlik və davamlı inkişaf strategiyasının ayrılmaz hissəsidir. Dövlət, vətəndaş cəmiyyəti və media bu prosesdə ortaq məsuliyyət daşıyır”.

Eyni bağda fərqli çiçəklər...

İlahiyyatçı bildirib ki, fərqlilikdən qorxmaq yox, onu anlamağa çalışmaq lazımdır: “Çünki fərqli mədəniyyətlər bir bağçadakı müxtəlif çiçəklər kimidir. Tək bir çiçək gözəl ola bilər, lakin rəngarəng çiçəklərlə dolu bağ daha möhtəşəm görünür. Eyni şəkildə müxtəlif millətlərin və dinlərin sülh içində yaşadığı cəmiyyət də daha zəngin və daha güclüdür.

Bu gün dünyada müharibələrin, ayrı-seçkiliyin və dini radikalizmin artdığı bir dövrdə tolerantlıq sadəcə gözəl bir anlayış deyil, bəşəriyyətin gələcəyini qoruyan mənəvi sipərdir. Tolerantlıq insanın öz dəyərlərinə güvənərək başqasının hüququna hörmət etməsinin ən yüksək ifadəsidir. Unutmayaq ki, insanları bir-birindən ayıran sərhədlər xəritələrdədir. Qəlblər sevgi, mərhəmət və qarşılıqlı hörmətlə dolduqda din də, millət də insanları qarşı-qarşıya deyil, çiyin-çiyinə gətirir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri