Icma.az
close
up
RU
Müzakirə: Erməni məhbusların aqibəti Elnarə Akimova

Müzakirə: Erməni məhbusların aqibəti Elnarə Akimova

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Belə ki, gələcəksə Sülh müqaviləsi də bağlandığı təqdirdə, tərəflər bir-birinə qarşı heç bir iddia qaldırmayacaq, qisasçılıq etməyəcəkdir.

Ancaq bu məqamda ortaya bir sual da çıxır.

Görəsən, hazırda Azərbaycanda həbsdə olan erməni məhbuslar azadlığa buraxılacaqmı?

Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova Gununsesi.info-ya danışıb.

O, əvvəlcə deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri və əldə olunan razılaşmalar yalnız diplomatik uğur deyil, həm də beynəlxalq siyasi balansda mühüm dönüş nöqtəsidir. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşləri zamanı əldə edilən nəticələr beynəlxalq aləmdə ciddi uğur kimi qəbul edilir. Vaşinqton görüşünün ən mühüm məsələlərindən biri sözsüz ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanmasıdır. Avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi paraflanmış Sazişin mətnini yayıb. Bu sənədi Azərbaycanın diplomatik qələbəsinin sənədlə rəsmiləşdirilməsi kimi qiymətləndirmək olar.

Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi bölgədə tarixi dönüş nöqtəsi oldu və bu sənəd, Ermənistanın Azərbaycana qarşı bütün iddialarından imtinasını rəsmən təsdiqlədi. Bu sənəd həm də ortaya maraqlı suallar çıxardı. Bunlardan biri də budur. Gələcəkdə, xüsusi ilə də sülh olduqdan sonra Azərbaycanda olan erməni məhbuslarının azadlığa buraxılması məsələsi nə yerdə olacaq? Yavaş-yavaş bu da müzakirəyə çıxır ki, sülh müqaviləsindən sonra Azərbaycan tərəfi həmin məhbusları azad edərək təhvil verəcək. Bu, tamamilə absurd bir iddiadır.

Akimova daha sonra qeyd edib:

“Çünki söhbət Azərbaycanda hazırda mühakimə edilən erməni millətindən olan hərbi cinayətkarlardan gedirsə, onlar hərbi əsir deyillər. Azərbaycanın qanunlarına görə, ölkə ərazisində silahlı üsyan, terror aktı, qətl və digər ağır cinayətlər törədən istənilən şəxs mülki vətəndaş, hərbçi və ya xarici olsun – məhkəmə qarşısında cavab verməlidir. Cenevrə Konvensiyasına istinad: Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır: saxlanılan şəxslər hərbi əsir deyil, hərbi cinayətkarlardır. Bu, beynəlxalq hüququn terminologiyasına görə mühüm fərqdir. Hərbi əsirlər döyüş əməliyyatları bitdikdən sonra qaytarılır, amma mülki əhaliyə qarşı qətl, işgəncə, terror, minalama kimi əməllərdə təqsirli bilinənlərə bu status şamil edilmir. Onlar Azərbaycan qanunlarına görə məhkəmə qarşısında cavab verməli və cəza çəkməlidirlər.

Xanım deputat son olaraq qeyd edib:

“Azərbaycan qanunvericiliyinə əsasən, belə şəxslərin azadlığa buraxılması yalnız dövlət başçısının bağışlama aktı ilə mümkündür. Bu isə sıradan bir qərar deyil — həm hüquqi, həm də siyasi baxımdan dərin qiymətləndirmə tələb edir. Ən ağır cinayətlərdə təqsirli bilinənlərin əfv olunması isə demək olar ki, real deyil. Sülh müqavilələrindən sonra dünyada tez-tez rast gəlinən təcrübə var: tərəflər qarşılıqlı humanitar jestlər edirlər. Məqsəd — etimadı bərpa etmək, yeni münasibətlər üçün zəmindir. Amma bu proses birtərəfli olmur.  Burada unudulmamalıdır ki, söhbət təkcə hüquqdan getmir — həm də tarixi travmadan, müharibənin qoyduğu dərin izlərdən gedir. Azərbaycan cəmiyyətində bu şəxslərin əfv olunması məsələsi birmənalı qarşılanmır. Şəhid ailələrinin, müharibə qazilərinin və zərərçəkənlərin hissləri dövlətin atacağı hər addımda nəzərə alınmalıdır. Çünki hər kəs törətdiyi cinayətə görə mütləq cəzalanmalıdır”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri