Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Zati aliləri cənab İlham Əliyevə
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Ali Baş Komandan!
Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi və dövlətimiz, xalqımız tarixə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərə imza atdı. Bu il tarixi Zəfərimizin 5 illiyini qeyd etdik və əminliklə deyə bilərik ki, Böyük Qələbəmiz bundan sonra da xalqımızın əbədi qürur mənbəyi olacaq.
Hörmətli cənab Prezident!
Siz hər zaman şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərmisiniz. Sizin müdrik rəhbərliyiniz altında ölkəmiz gündən-günə inkişaf edir, beynəlxalq arenada öz sözünü qətiyyətlə deyir. Dünya liderləri ilə keçirdiyiniz görüşlər ölkəmizin nüfuzunu daha da artırır və hər birimizin qürur mənbəyinə çevrilir.
Cənab Ali Baş Komandan!
Sizi doğum gününüz münasibətilə Xüsusi Təyinatlılarının ehtiyatda olan qazilərinin və şəhid ailələrinin hər birinin adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və dövlətimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və minnətdarlıq hissi ilə,
Bəhruz Məmməzadə: “Xüsusi Təyinatlıların, Qazilərin, Şəhid Ailələri və Veteranların” İctimai Birliyinin sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Dekabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















