Muzey və konsertlərə gedənlər daha gec qocalır? ARAŞDIRMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İnsanların sosial və mədəni həyatda fəal iştirak etməsi sağlam qocalmağa da müsbət təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, yapon alimlərinin apardıqları araşdırmaya görə, kino, teatr, muzey və konsertlərə müntəzəm getmək fizioloji qocalmanı ləngidə bilər.
Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı 1899 nəfərin məlumatları təhlil edilib. İştirakçıların mədəni tədbirlərə nə qədər tez-tez qatıldıqları onların fizioloji yaşı ilə müqayisə olunub.
Araşdırma göstərib ki, ən azı bir neçə aydan bir mədəni tədbirlərdə iştirak edən şəxslərin orta fizioloji yaşı 66,9 olub. Bu tədbirlərə nadir hallarda gedənlərdə isə göstərici 69,9 yaş təşkil edib.
Alimlər bildiriblər ki, gəlir, sağlamlıq vəziyyəti və digər amillər nəzərə alındıqdan sonra da mədəni fəaliyyətlə məşğul olan insanların fizioloji yaşlanmasının daha yavaş getdiyi müşahidə olunub.
Tədqiqatçılar hesab edirlər ki, bunun səbəbi mədəni tədbirlərin sosial ünsiyyəti artırması, psixoloji rifahı yaxşılaşdırması və insanları daha sağlam həyat tərzinə təşviq etməsidir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 İyul 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















