Myanma hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 240 milyon dollar ayıracaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 aprel, AZƏRTAC
Myanma hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması və bərpa işləri üçün 240 milyon dollar ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İdarə Şurasının sədri məlumat verib. Bildirilib ki, təbii fəlakətdən sonra 16 ölkə və bölgədən olan xilasetmə qrupları, tibbi briqadalar humanitar yardım və tibbi ləvazimatlarla Myanmaya gəliblər.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra 2,8-7,5 aralığında 12 afterşok qeydə alınıb. Yeraltı təkan paytaxt Naypyida şəhəri və Mandalay regionunda xeyli dağıntıya səbəb olub. Bəzi yaşayış məntəqələrində elektrik təchizatı və mobil rabitə sistemi pozulub. Paytaxt ilə ölkənin ən böyük şəhərini birləşdirən magistral yola, xüsusən də körpülərə və yol ötürücülərinə ziyan dəyib. Nəticədə yolun müəyyən hissəsindən istifadə etmək mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















