Myanmada anbar partladı: Onlarla ölü və yaralı var
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Myanmanın şimalında sənaye təyinatlı emulsiyalı partlayıcı maddələrin saxlanıldığı anbarda baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Eleven Media Group" məlumat yayıb.
Hadisə Şan milli bölgəsinin şimalında qeydə alınıb. Həmin ərazi etnik silahlı qruplaşma olan "Taanq Milli Azadlıq Ordusu"nun nəzarəti altındadır.
Qruplaşmanın məlumatına görə, anbarda saxlanılan partlayıcı maddələr dağ-mədən sənayesində istifadə üçün nəzərdə tutulubmuş.
Partlayışın başvermə səbəbi hələlik müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:Myanmada güclü partlayış: Onlarla insan həyatını itirib
31 May 2026 20:17
Myanmada 7.9 ballıq ZƏLZƏLƏ: 25 ölü, 200 yaralı var
28 Mart 2025 15:03
Pakistanda terakt: onlarla ölü və yaralı
25 May 2026 10:20
İsrail Beyrutu bombaladı Onlarla ölü və yaralı var
23 Noyabr 2024 11:42
Mitinqdə partlayış oldu Onlarla ölü və yaralı var
28 Fevral 2025 12:00
Baxış sayı:172
Bu xəbər 31 May 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















