Nabran yolu nə vaxt açılacaq?
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xaçmaz, 17 iyun, AZƏRTAC
Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolda təmir işlərinin son mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolun çökməsinə səbəb olmuşdu. Həmin vaxtdan Nabrana gedənlər İstisu qəsəbəsinin içərisindən keçən, həmçinin Yalama istiqamətindəki alternativ yollardan istifadə edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün təmir-bərpa işləri görülüb. Yolun dağılan hissəsindəki köhnə suötürücü boru yenilənib. Yeni tikilən 14 metr uzunluğundakı suötürücü qurğunun hündürlüyü 2, eni 3 metrdir. Suötürücü borunun ətrafı möhkəmləndirildikdən sonra yolun dağılan hissəsinə yeni asfalt döşənəcək.
Təmir-bərpa işlərinin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub.
Müxbir - Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 İyun 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















