Icma.az
close
up
RU
Nabrandakı “Arlant”ın sahibinin həbsi tələb olunur: “30 milyonluq əmlakın üzərində həbs var, bəs sahibinin məsuliyyəti?”

Nabrandakı “Arlant”ın sahibinin həbsi tələb olunur: “30 milyonluq əmlakın üzərində həbs var, bəs sahibinin məsuliyyəti?”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nabrandakı “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu işdə təqsirləndirilən şəxslər “Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovdur.

Bizimyol.info xəbər verir ki, Nofəl Hacıyev və Talış Məmmədov “Təbriz” tikinti şirkətinin inşa etdiyi binada eyni mənzilləri bir neçə nəfərə satmaqla dəkəduzluq etməkdə ittiham olunur. İttihama əsasən, dələduzluq yolu ilə 172 vətəndaşın ümumilikdə 14 milyon manatı ələ keçirilib.

Qeyd edək ki, “Atlant”ın sahibi Tahir Qədəşov da tikinti şirkətinin şəriki olub. O, təqsirləndirilən Nofəl Hacıyevlə həm də qohumdur.

Tahir Qədəşov bu cinayət işi üzrə məhkəmədə maraqlı şəxs qismində tanınıb. Lakin onun sahibi olduğu “Atlant” istirahət mərkəzinin üzərinə bu cinayət işi ilə əlaqədar həbs qoyulub.

Dəfələrlə məhkəmə prosesində Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb olunması tələbi irəli sürülüb. Nofəl Hacıyev onu ağacları kəsməkdə ittiham edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyilə iyulun 17-də keçirilən məhkəmə prosesində Nofəl Hacıyevin vəkili Ceyhun Yusifov yenidən Tahir Qədəşovla bağlı məsələni qaldırıb:

“İttiham bir çox adamları qorumaqla verilib.

30 milyonluq əmlakın üzərinə həbs qoyulub, bəs əmlakın sahibinin məsuliyyət məsələsi nə yerdə qaldı?”

Hakim Şəlalə Həsənova bildirib ki, kimliyindən asılı olmayaraq, bu işə aidiyyəti olan hər kəsin əməli araşdırılacaq.

İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Bu səbəbdən istirahət mərkəzinin üzərinə həbs qoyulub.

Məhkəmə prosesində Şahin Tapdıqov şahid qismində ifadə verib. O bildirib ki, Nofəl Hacıyevi tanıyıb. 2018-ci ildə şirkətdən 110 kvadrat metr sahəsi olan 2 otaqlı mənzil alıb. Sonra borcu yarandığına görə mənzili elə şirkətin özünə satıb: “Nofəl müəllimdən 95 min manat alıb, mənə ödəniş elədilər. Mən də müqaviləni geri qaytardım”.

Məhkəmədə aydınlaşıb ki, həmin mənzil başqalarına da satılıb. Məsələn, Fərhad Zəkriyevə 154 min manata.

Məhkəmədə zərərçəkmiş Məmmədəli İsmayılov şahiddən mənzili özü alıb: “Pulu ona Nofəl Hacıyev yox, mən vermişəm. 98 min manata almışam”.

Şahid isə israrla bildirib ki, mənzili şirkətə qaytarıb, bu zərərçəkmişə satmayıb.

Zərərçəkmiş Hüseyn Əliyev isə təqsirləndirilən Nofəl Hacıyevə qarşı 90 min manatlıq mülki iddianı məhkəməyə təqdim edib. Hakimlər mülki iddianı icraata götürüb.

Nofəl Hacıyevin vəkili zərərçəkmiş Bayram Yusifovun vun məcburi gətirilməsi və məhkəmədə dindirilməsi barədə də vəsatət qaldırıb. Vəkil bildirib ki, bu zərərçəkmiş çoxsaylı mənzillər alıb, onun məhkəmədə dindirilməsi vacibdir.

Zərərçəkmişin nümayəndəsi bildirib ki, Bayram Yusifovun səhhətində ciddi problemlər var.

Hakim deyib ki, səhhəti ilə əlaqədar onu videokonfrans vasitəsilə dindirmək olar.

Məhkəmə Bayram Yusifov və bir neçə şahidin məcburi gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmə prosesi iyulun 24-də davam edəcək.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri