Icma.az
close
up
RU
Nadir iqlim hadisələrinin eyni vaxtda müşahidəsi qeydə alındı: Nəticəsi nə olacaq?

Nadir iqlim hadisələrinin eyni vaxtda müşahidəsi qeydə alındı: Nəticəsi nə olacaq?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Sakit okeanda El-Nino iqlim hadisəsi güclənməkdə davam etdiyi bir vaxtda, Atlantik okeanında nadir soyuqlaşma müşahidə olunub. 

Qaynarinfo xəbər verir ki, "Newsweek” nəşrinin məlumatına görə, meteoroloqlar hesab edirlər ki, bu qeyri-adi uyğunluq Atlantikdə qasırğaların inkişafını əhəmiyyətli dərəcədə zəiflədə bilər.

"Severe Weather Europe” meteoroloji platformasının məlumatına əsasən, Atlantik okeanında anomal dərəcədə soyuq su sahəsi formalaşıb ki, bu da Atlantik La-Ninasının inkişaf etdiyini göstərir. Eyni zamanda, Sakit okeanda El-Nino üçün xarakterik olan isti temperatur anomaliyaları güclənməkdə davam edir.

Mütəxəssislər qeyd edirlər ki, bu hadisələr müxtəlif okean hövzələrində baş versə və temperatur baxımından bir-birinə əks olsa da, onların atmosferə eyni vaxtda təsiri oxşar nəticələr yarada bilər.

"Severe Weather Europe”un məlumatına görə, belə kombinasiya yüksək atmosfer təzyiqi sahəsinin formalaşmasına, enən hava axınlarının güclənməsinə, küləyin şaquli kəsilməsinin artmasına və tropik siklonların yarandığı əsas bölgələrdə yağıntının azalmasına səbəb olur. Bütün bunlar birlikdə Atlantikdə qasırğa mövsümünü zəiflədə biləcək bir növ "atmosfer qalxanı" yaradır.

Bundan əlavə, Atlantik La-Ninasının yay mövsümündə meydana çıxması olduqca nadir hadisə hesab olunur.

Meteoroloqların qiymətləndirməsinə görə, mövcud soyuqlaşma davam edər və mövsümi orta temperatur anomaliyası mənfi 0,5 dərəcədən aşağı düşərsə, 2026-cı il son 40 ildən artıq dövrdə Atlantik La-Ninasının müşahidə olunduğu cəmi altıncı il olacaq.

Hazırda bu hadisənin müşahidə olunduğu ərazidə okean səthinin temperaturu normadan təxminən 1–3 dərəcə aşağıdır. Bu soyuma passat küləklərinin güclənməsi nəticəsində dərinlikdəki soyuq suların səthə qalxması ilə əlaqələndirilir.

"Severe Weather Europe”un istinad etdiyi proqnoz modelləri göstərir ki, Atlantikdəki soyuq temperatur anomaliyası ən azı avqustun sonunadək davam edəcək, Sakit okeanda isə El-Nino daha da güclənəcək.

Mütəxəssislər vurğulayırlar ki, qasırğaların yaranmasında yalnız okean suyunun temperaturu deyil, atmosferin vəziyyəti də həlledici rol oynayır.

"Severe Weather Europe”un ekspertlərinin sözlərinə görə, El-Nino adətən Atlantikdə tropik siklonların inkişafı üçün əlverişsiz şərait yaradır. Bu hadisə küləyin şaquli kəsilməsini gücləndirir, hava kütlələrinin enməsinə səbəb olur və atmosferin orta qatlarını qurudur.

Bununla belə, bu, təhlükəli qasırğaların tamamilə baş verməyəcəyi anlamına gəlmir. Hətta El-Ninonun qasırğa mövsümünü zəiflətdiyi illərdə belə, son dərəcə dağıdıcı siklonlar yarana bilər. Buna nümunə kimi meteoroloqlar 1992-ci ildə ABŞ tarixinin ən dağıdıcı qasırğalarından biri olan Endryu qasırğasını göstərirlər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, Atlantik La-Ninası ekvatorial Atlantikdə müşahidə olunan təbii iqlim dövrünün – Atlantik zonal rejiminin soyuq fazasıdır. Bu proses bir neçə ildən bir isti və soyuq fazalar arasında dəyişir.

Adətən bu hadisə şərqi ekvatorial Atlantikdə okean səthinin temperaturunun orta göstəricidən aşağı olması ilə xarakterizə olunur. Bir çox təsnifata əsasən, üç aylıq orta temperatur anomaliyası ən azı iki ardıcıl mövsüm ərzində mənfi 0,5 dərəcədən aşağı olduqda Atlantik La-Ninası qeydə alınır.

NOAA həmçinin bildirir ki, iyul və avqust aylarında cənub-şərq passat küləkləri səth sularını ekvatordan uzaqlaşdırdığı üçün şərqi ekvatorial Atlantik təbii şəkildə soyuyur və bu zaman dərinlikdəki soyuq sular səthə qalxır.

"The Washington Post”un meteoroloqu Ben Noll "X” sosial şəbəkəsində yazıb ki, bu iqlim hadisəsi ilə əlaqəli soyuq sular qasırğa fəallığını zəiflədə bilər.

NOAA El-Ninonu ENSO (El-Nino – Cənub Tərəddüdü) adlanan təbii iqlim dövrünün isti fazası kimi xarakterizə edir. Bu proses Sakit okeanda suyun temperaturunu dəyişdirir, atmosfer dövranına, tropik bölgələrdə yağıntılara və dünyanın müxtəlif yerlərində hava şəraitinə təsir göstərir.

NOAA-nın İqlim Proqnozlaşdırma Mərkəzinin (CPC) 9 iyul tarixli yenilənmiş proqnozuna əsasən, El-Nino inkişafını davam etdirir və ilin sonunadək daha da güclənəcəyi gözlənilir. Sinoptiklər bu hadisənin 2027-ci ilin yazının əvvəlinədək davam etməsi ehtimalını 97 faiz qiymətləndirirlər.

Bundan başqa, CPC oktyabr–dekabr aylarında çox güclü El-Ninonun formalaşması ehtimalını 81 faiz hesab edir. Bu baş verərsə, hadisə 1950-ci ildən bəri qeydə alınmış ən güclü El-Ninolardan biri ola bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyul 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri