Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Türkiyə üçün çətin günlər başlayır Suriya hadisələrinin NƏTİCƏSİ KONKRET

Türkiyə üçün çətin günlər başlayır Suriya hadisələrinin NƏTİCƏSİ KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Suriyada 13 il davam edən birinci pərdə Dəməşq rəhbərliyinin süqutu ilə başa çatdı. İndi Türkiyə üçün real riskləri ehtiva edən ikinci pərdə başlayır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri özünün analitik materialında Mehmet Ali Güller bildirib.

O, daha sonra fikirlərini belə davam etdirib:

“Təəssüf ki, Ankaranın birinci pərdədə necə tutduğu xəttin strateji müstəvidə çox böyük səhv olduğu ikinci pərdədə daha yaxşı başa düşüləcək. Xəbərdarlıqlara məhəl qoymayan və indi Dəməşq rejiminin süqutunu qələbə kimi qeyd edənlər, təəssüf ki, İraqdan sonra Suriyada eyni səhvə yol verdilər.

ABŞ-ın “müttəfiqlik”lə gözünü kəsdiyi Ankara 34 ildə iki dəfə eyni tələyə düşdü; Birincidə Özalın “bir qoyub üç almaq” xəyalı ilə, ikincidə Ərdoğan-Bahçelinin “82. “Hələb vilayəti” xəyalı ilə…

Birincidə İraqda “Səddamı şeytanlaşdırmaqla” şimalda hakimiyyət boşluğu yaradıldı və Türkiyə indi Bərzani dövlətinin qonşusudur!

İkincisi, Suriyada Əsədi “şeytanlaşdırmaqla” şimalda iqtidar boşluğu yarandı və Türkiyə indi PYD dövlətinin qonşusudur!

Suriya Milli Ordusunun (MSO) Fərat çayının qərbindəki bölgədə hökmranlığı həm tələ, həm də müvəqqəti olacaq. Çünki ABŞ-ın son məqsədi Fəratın qərbi ilə şərqini birləşdirməkdir. Vaşinqton üçün PYD-HTS iş bölgüsü aralıq mərhələdir.

SURİYANIN YOX OLMASI TÜRKİYƏ ÜÇÜN TƏHLÜKƏDİR

ABŞ və İsrail əvvəldən Suriyanı dörd yerə bölmək istəyirdilər. Onlar sünnilər, nusayrilər, kürdlər və druzlar arasında bölünəcək Suriya üçün çalışırdılar.

Bəşər Əsəd isə Vaşinqton və Təl-Əvivin bu məqsədinə qarşı ölkəni bir yerdə saxlaya biləcək aktyor idi. Çünki təbliğ edilənin əksinə olaraq Şam idarəsi azlıq Nusayri idarəsi deyildi, əksinə sünnilər çoxluq təşkil edirdi.

Əsədsiz Suriya və dünyəvi Baas rejimi həm etnik, həm də dini təriqətlərə bölünmək təhlükəsi ilə üz-üzədir. Bu pərakəndəlikdən pay götürməyi qazanc hesab edən, hətta bundan daxili siyasətdə qələbə kimi istifadə etmək istəyənlər təəssüf ki, uzunmüddətli perspektivdə öz ölkələrinin milli maraqlarını böyük riskə atıblar.

CİHADİZM-SİONİZM ƏMƏKDAŞLIĞI

İsrail Hələb-Həma xəttini havadan vuraraq HTŞ-nin quruda gedişini asanlaşdırıb. Cihadçılar İsrailin məqsədini yerinə yetirirlər.

İsrail Baş Qərargah rəisi Halevi vəziyyətdən məmnundur və “İranın Suriyadan çıxmasını görmək istəyirik” deyib. Üstəlik, belə görünür ki, İsrail bu vəziyyəti daha da öz xeyrinə çevirmək üçün addımlar atacaq. Suriyanın 1967-ci ildən işğal etdiyi Qolan bölgəsinə qoşun yeridir. Suriya parçalanarkən İsrail də ərazisini genişləndirmək istəyir.

Beləliklə, Ankaranın nəzarəti altında olan İdlibdən çıxan silahlı cihadçı qrupların Dəməşqi ələ keçirməsi və İsrailin Qolanı işğal etməsi yeni məhəlləni doğurdu: İsrail-HTS məhəlləsi.

AKP iqtidarının başından bəri “nə cür Suriya görmək istəyirlər” məsələsi bu prosesin hara gəlib çatması baxımından önəmli olub. Əvvəlcə Dəməşqə 7 nəfərlik Qardaşlıq siyahısını verdilər və Əsədə dedilər ki, bu siyahı qəbul olunmayanda Suriya Milli Şurası, mühacirətdə olan Suriya hökuməti və Azad Suriya Ordusu (sonradan) yaratdılar. Suriya Milli Ordusu həmin hökumətə bağlıdır. Əslində o dövrdə PYD-yə “Əsədin əleyhinə ÖSO ilə hərəkət etdiyiniz müddətcə muxtariyyətinizə qarışmayacağıq” dedilər.

Təəssüf ki, Ankaranın məqsədi etnik və dini qrupları unitar strukturda saxlaya biləcək dünyəvi rejimi məhv etmək idi. O rejim olmasaydı, Suriyanın parçalanması daha asan olardı.

Lakin Suriyanın “siyasi birliyi” həm Suriyanın ərazi bütövlüyünün, həm də təsir gücünə görə Türkiyənin ərazi bütövlüyünün təminatıdır. Hələb qələbəsinə aldananlar Türkiyəni bu ağır qiymətə riskə atırlar.

İndi biz mübarizə aparacağıq ki, ölkəmiz bu ağır bədəli yaşamasın və bu vəziyyətdən çıxsın”.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri