Icma.az
close
up
RU
Nadir torpaq metallarında “ticarət atəşkəsi”: Çin və ABŞ razılaşdı

Nadir torpaq metallarında “ticarət atəşkəsi”: Çin və ABŞ razılaşdı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

ABŞ və Çin rəsmiləri nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ticarət atəşkəsinin bərpası üzrə çərçivə razılaşmasının əldə olunduğunu bildiriblər. Bununla belə, ticarət ziddiyyətlərinin köklü həllinə dair heç bir əlamət müşahidə olunmur.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik bu razılaşmanın Cenevrədə əldə olunmuş qarşılıqlı tarif yumşaldılmasına dair razılaşmanı "məzmunla doldurduğunu” deyib. Onun sözlərinə görə, yeni saziş Çin tərəfindən nadir torpaq mineralları və maqnitlər, eləcə də ABŞ tərəfindən tətbiq olunan bəzi son ixrac məhdudiyyətləri ilə bağlı balanslı şəkildə məhdudiyyətlərin qaldırılmasını nəzərdə tutur.

Çinin ticarət nazirinin müavini Li Çenqan isə bildirib ki, prinsip etibarilə ticarət sahəsində çərçivə razılaşması əldə olunub və bu sənəd ABŞ və Çin liderlərinə təqdim ediləcək.

Tərəflərin 10 avqusta qədər daha genişmiqyaslı ticarət razılaşması üzrə razılığa gəlmək vaxtı var. Əks halda, ABŞ tərəfindən tariflər 30%-dən 145%-ə, Çin tərəfindən isə 10%-dən 125%-ə yüksələcək.

ABŞ prezidenti Donald Trampın dəyişkən ticarət siyasəti dünya bazarlarında narahatlıqlara səbəb olub, iri limanlarda xaos yaradıb və şirkətləri on milyardlarla dollar itkiyə və əlavə xərclərə məruz qoyub.

Çərçivə razılaşmasının əldə olunmasından sonra dünya fond bazarları Trampın "Azadlıq günü” adlandırdığı qərarların yaratdığı itkiləri bərpa edib və indekslər rekord səviyyəyə yaxınlaşıb. Əvvəlki çalxalanmalardan zərər görmüş investorlar ehtiyatlı davranaraq razılaşmanı sakit qarşılayıblar. MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit Okean regionu üzrə indeksində 0,57%-lik artım qeydə alınıb.

Bu arada Çində bəzi şirkətlər Çin hökumətindən ixrac üçün lisenziya aldıqlarını bildirərək, məhdudiyyətlərin yumşaldılması istiqamətində ilkin əlamətlərin göründüyünü qeyd ediblər.

Qeyd edək ki, 12 may tarixində Vaşinqton və Pekin 90 günlük müvəqqəti tarif azaldılmasına razılaşıblar: ABŞ tarifləri 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirib. Lakin qısa müddət sonra ABŞ prezidenti Çin tərəfini "tarif atəşkəsini” pozmaqda ittiham edib.

5 iyunda Çin lideri Si Szinpin və ABŞ prezidenti artan ticarət gərginliyi fonunda telefon danışığı aparıblar.

9 iyunda isə məlum olub ki, ABŞ və Çin nümayəndələri Londonda yeni ticarət danışıqları raundu keçirəcəklər. ABŞ tərəfi əsas strateji mineralların tədarükünü bərpa etməyə çalışacaq.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri