Icma.az
close
up
RU
Nağdsız ödənişlərdən imtina edənlərin diqqətinə

Nağdsız ödənişlərdən imtina edənlərin diqqətinə

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Qanunvericiliyin  tələblərinə zidd olaraq fəaliyyət göstərən sahibkarlara qarşı ciddi cərimə tədbirləri tətbiq olunsa da, bu istiqamətdəki nəzarətin zəifləməsi nəticəsində eyni halların yenidən artdığı müşahidə olunur. Xüsusilə paytaxt ərazisində fəaliyyət göstərən bəzi restoran və digər iaşə obyektləri hələ də qeyri-qanuni olaraq kartla ödənişi qəbul etməkdən imtina edirlər. Vətəndaşlar ad günü, tədbir və digər kütləvi sifarişlər zamanı 600-700 manatlıq ödənişləri kartla həyata keçirmək istədikdə, onlara “terminal işləmir”, “nağd ödəyin” və ya “kartdan karta köçürün” kimi cavablar verilir. Bu cür yanaşma yalnız alıcıların hüquqlarını pozmaqla kifayətlənmir, eyni zamanda dövlət büdcəsinə vergi daxilolmalarının qarşısını alır və qeyri-rəsmi iqtisadi fəaliyyətin genişlənməsinə şərait yaradır. Halbuki, “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün ticarət və xidmət obyektləri – o cümlədən restoran və kafelər – POS-terminal vasitəsilə ödənişi təmin etməli, alıcıya da rəsmi çek təqdim etməlidirlər. Qanunvericiliyin tələblərinə baxmayaraq, bəzi sahibkarlar bu öhdəliyi yerinə yetirmir və nəticədə məsuliyyətdən yayınırlar. Bəs bu cür hallarda vətəndaş nə etməlidir?

Bu barədə Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, əgər vətəndaş hər hansı bir sahibkarlıq subyektində (məsələn, mağaza, kafe, restoran və s.) ödəniş etmək istədikdə, POS-terminal vasitəsilə ödəniş icra etmək istəyirsə, lakin obyektin nümayəndəsi “POS-terminal təmirdədir”, “işləmir” və ya “texniki servisə verilib” kimi bəhanələrlə ödənişdən imtina edirsə, bu, qəti şəkildə yolverilməzdir:

“Belə olan təqdirdə vətəndaş çox rahat şəkildə bank rekvizitlərini tələb etməklə ödənişin bank rekvizitlərinə köçürülməsini tələb edə bilər. Əgər sahibkar və ya obyektin nümayəndəsi buna da etiraz edərsə, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək bu məsələ ilə bağlı rəsmi qeydiyyat aparılmasını tələb edə bilər. Bundan sonra ödənişin rəsmiləşdirilmiş şəkildə həyata keçirilməsi təmin edilməlidir. Əlavə olaraq, ödəniş zamanı obyekt tərəfindən vətəndaşın nağdsız ödəniş etməsi qəbul edilməzsə və əvəzində kartdan karta köçürmə təklif olunarsa, bu artıq vergi qanunvericiliyinin pozulması sayılır. Belə hallar baş verdikdə:

İlk dəfə pozuntu halında sahibkara 1000 manat məbləğində vergi sanksiyası tətbiq olunur.

İkinci dəfə eyni hal təkrarlandıqda cərimə 3000 manat təşkil edir.

Üçüncü dəfə isə sahibkara 6000 manat məbləğində sanksiya tətbiq edilir.

Bu qaydaların əsas məqsədi nağdsız ödənişlərin təşviq olunması və vergi nəzarətinin gücləndirilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri