“Nağılların audiovizual təqdimatı” layihəsi “Məlikməmməd” nağılı ilə davam etdi VİDEO Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bu dəfə “Məlikməmməd” nağılı təqdim olunub.
Layihənin məqsədi qədim və müasir nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunması, həmçinin uşaqların dünya görüşünü, düşüncə tərzini, təxəyyül gücünü zənginləşdirmək, onlarda ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır.
Məşhur Azərbaycan xalq nağılı olan “Məlikməmməd” ideya və mövzu baxımından cəsarəti, dürüstlüyü, mübarizliyi tərənnüm edir. Dinamik və patriotik süjet xəttinə malik təqdimatın hazırlanmasında Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşanın kadrlarından istifadə olunub.
Layihə çərçivəsində bir çox qədim və müasir nağılların audiovizual təqdimatları nəzərdə tutulub.
Xatırladaq ki, “Nağılların audiovizual təqdimatı” layihəsinin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















