Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Nahid Canbaxışlı: “50 yaş ömrün yeni bir vərəqidir” VİDEO

Nahid Canbaxışlı: “50 yaş ömrün yeni bir vərəqidir” VİDEO

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Allahın ona nəsib etdiyi ömür yolunda keçdiyi acılı-şirinli günləri kinolenti kimi gözü önündə canlandırır. Hələ uşaq ikən “heç vaxt başıaşağı olma” deyən atasının ona etdiyi nəsihəti həyatı boyu unutmayan, hər zaman başını dik tutan, zəhməti ilə qürurlanan jurnalist. Ömür kitabını vərəqlədikcə, gah doluxsunur, gah da, fəxarətdən gözləri parıldayır. Deyir, bəlkə də ömrümün ən azı on ilini silib atardım, bəlkə də çoxunu… Yaşadıqları ona hərdən “kaş ki, heç dünyaya gəlməyəydim” dedirtsə də, qazandıqları da itirdiklərindən az olmayıb. Hamar olmayan daşlı-kəsəkli həyat yollarında özü-özünə dəstək olmağı bacarıb.

Söhbət Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlıdan gedir. Bu gün onun doğum günü, 50 illik yubileyidir.

Özünün də dediyi kimi, 50 yaş onun ömür kitabının yeni bir səhifəsidir. O vərəqə bundan sonra nə yazılacaqsa, hamısını 50 yaşlı Nahid Canbaxışlı yazacaq.

Nahid Baxşəli oğlu Canbaxışlı 17 mart 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. 8-ci sinfə kimi Qıvraq 1 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra Bakı şəhər14 saylı Texniki Peşə Məktəbinə daxil olub. Qəlbi Vətən eşqi ilə döyünən, torpaq, yurd sevdalısı olan gənc vətənpərvər 1991-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Əvvəlcə Zəngilanda, sonra isə Xocavənd rayon Muğanlı özünümüdafiə dəstələrinə qoşularaq, torpaqlarımızı erməni vandallarından xilas etmək üçün canını sipər edir.

O, 1992-ci il sentyabrın 6-sında Füzuli rayon Divanalılar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qardaş Türkiyənin Ankara Dövlət Xəstəxanasında bir ilə yaxın müalicə alır.

1995-ci ildə Bakı Asiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olur, 2000-ci ildə həmin universiteti bitirir. Ali təhsil aldığı müddətdə Qarabağ Əlillər Cəmiyyətinin Səbail rayon şöbəsinin sədr müavini kimi fəaliyyət göstərən Nahid Canbaxışlı daha sonra “Azərbaycanın bütövlüyü uğrunda” Cəmiyyətində ictimai fəaliyyətini davam etdirir. Həmin dövrdə 1997-ci ilə qədər “Olaylar” qəzetində müstəqil şəkildə vətənpərvərlik mövzusunda məqalələrlə çıxış edir.

1998-ci ildə “Rezonans” qəzetində jurnalist kimi işə başlayan Nahid Canbaxışlı 18 ilə yaxın Milli Məclisdə akkreditasiya olunan mətbuat nümayəndələrindən də biri olub. Peşəkar jurnalist 17 mart 2012-ci ildən təsis etdiyi “Vətəninfo.az İnformasiya Agentliyi” MMC-yə və eyniadlı sayta rəhbərlik edir. Onun bu günə kimi həm yerli, həm də xarici mətbuatda müxtəlif məqalələri çap olunmaqdadır. 30 ilə yaxındır ki, Milli mətbuatımıza sədaqətlə xidmət edən qələm sahibi ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə mənzillə təmin olunan media nümayənələrindən də biridir.

16 yaşına qədər doğum günlərini qeyd etməyən jurnalist heç də asan keçməyən uşaqlığından, heç vaxt onu utandırmadığı balaca Nahiddən danışaraq, gözləri dolur. İçərisindən boylanan həmin o utancaq, qarayanız oğlandan bu yaşında da güc aldığını dilə gətirir. Dünyasını dəyişən doğmalarını xatırlayır, atasına sağlığında deyə bilmədiyi ürək sözlərini 50 yaşında etiraf etməli olur. Həyatda “kaşkiləri” də az olmayıb, haqsızlıq önündə susduğu məqamlar da… Dostlarından danışanda isə sevincdən gözləri gülür. 50 illik ömrünün ən böyük hədiyyəsindən danışır yubilyar…

Övladları onun yolunu davam etdirməsələr də, Vətənə, xalqa layiqli vətəndaş kimi hər zaman atalarının başını uca ediblər. Ömrün yeni yolçuluğunda sizə uğurlar diləyirik! 50 yaşınız mübarək, canınız sağ, qələminiz iti, sözünüz hər zaman kəsərli olsun!

Yubilyarın ömür yolunu əks etdirən videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri