Icma.az
close
up
RU
“Napoleonun ölkəsi”nin Azərbaycana məğlubiyyət etirafı

“Napoleonun ölkəsi”nin Azərbaycana məğlubiyyət etirafı

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəsmi Paris davamlı şərləmə mövqeyi ilə “Fransaya xarici müdaxilə” qarşısında acizliyini də etiraf etmiş olur

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”yə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaları cavablandırması barədə ötən sayımızda məlumat vermişdik.

Yada salaq ki, A.Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Vallsın “BFMTV”yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırmasını şərh edib.

O qeyd edib ki, Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün Azərbaycanı ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirlər: “Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin "3 okean və 5 qitədə" mövcud olduğunu iddia edən Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil.

Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir. Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində bu ölkənin ikili standart yanaşmasından xəbər verir. Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik".

Göründüyü kimi, Fransa öz yarıtmaz siyasətini ört-basdır etməkdə davam edir, bunun üçün isə kolonial səhvlərindən nəticə çıxarmaq əvəzinə Bakıya əsassız ittihamlar irəli sürür. Rəsmi Paris həm də bu davamlı şərləmə mövqeyi ilə “Napoleon ölkəsi”nin guya “dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləyən və Fransaya xarici müdaxilə edən Bakının” qarşısında acizliyini də etiraf etmiş olur.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bu barədə müsahibəsində Azərbaycanın Fransanın daxili işlərinə heç zaman qarışmadığını diqqətə çatdırdı: “Fransanın anti-Azərbaycan siyasəti islamofobiya, ksenofobiya və erməni lobbisinin təsiri əsasında formalaşıb. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Paris fəal şəkildə ölkəmiz əleyhinə qarayaxma kampaniyası həyata keçirir. Beynəlxalq müstəvidə uğursuzluğa düçar olan Makron administrasiyası ölkə ictimaiyyətinin diqqətini yayındırmaq üçün hədəf dəyişdirmək cəhdləri edir.

Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Vallsın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar növbəti ikili standartlar nümunəsidir və ölkəsinin geopolitik səriştəsizliyinin göstəricisidir. Yelisey Sarayından fərqli olaraq Azərbaycan Fransanın daxili işlərinə müdaxilə etmir. Lakin onların davam etdirdiyi neokolonializm siyasətinə qarşı qəti və prinsipial mövqe sərgiləyir. Çünki Fransanın kolonial siyasəti hər zaman sosial strukturların pozulmasına, irqi ayrı-seçkiliyə, yerli xalqların dini və mədəni irsinin məhv olmasına səbəb olub. Rəsmi Paris kölələşdirdiyi xalqların təbii resurslarını və iqtisadi potensialını istismar edir, onların inkişafının qarşısını alır. Fransızlar dekolinizasiya prosesinə baxmayaraq imperialist maraqlarını fərqli müstəvidə davam etdirirlər. Bu isə demokratik dəyərlərin məhvinə və insan haqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Bakı Təşəbbüs Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkə siyasətinə qarşı ciddi səylə mübarizə aparır. Artıq fransızlar Afrikada istənilməyən qonaq qismindədir. Yaşadıqları uğursuzluqları kompensasiya etmək istəyən Emmanuel Makron isə Cənubi Qafqaza nüfuz etmək cəhdləri edir və Ermənistandan platsdarm kimi yararlanır. Azərbaycan onların regionda nüfuz sahibi olmaq ambisiyalarını neytrallaşdırır".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Fransaya Azərbaycan tərəfindən tam adekvat münasibət sərgiləndiyini söylədi: “Çox təəssüf ki, artıq dünyanın bir sıra güclü dövlətləri heç bir beynəlxalq hüquq norması tanımır. İstədiyi addımı atır. Fransa da bu cür dövlətlərdən biridir. Azərbaycana qarşı hər cür böhtanlar, qarayaxma kampaniyaları təşkil edir. Əlbəttə ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinin əsasında Ermənistanı dəstəkləməsi faktı və Fransada mövcud olan 100 illik güclü erməni lobbiçiliyi və diasporası durur. Məlumat üçün deyim ki, dünyada ermənilərin ən güclü lobbiçiləri sırasında birinci yerdə Fransa, ikinci yerdə Amerika durur. Fransanın dənizaşırı ərazilər naziri Manuel Valis həyasızcasına Azərbaycana qarşı böhtan atır. Azərbaycan nə etsin ki, Fransa keçmişdə də, indiki dövrdə də müstəmləkəçilik həyata keçirir, zəif xalqları və gücsüz dövlətləri işğal etmək, təcavüzə məruz qoymaq, əzmək və bir sıra dövlətlərin təbii sərvətlərini ələ keçirmək, mənimsəmək siyasətini aparır. Fransa yaxın tarixdə xalqlara qarşı soyqırımı aktları da həyata keçirib. Təkcə Əlcəzairdə bir milyondan artıq insan qətlə yetirib. Fransa öz keçmişindən utanmaq əvəzinə, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Azərbaycan xalqı Fransanın bizə qarşı necə nifrət bəslədiyini çox yaxşı bilir. Münasibətlərimizin bu vəziyyətə gəlməsinin kökündə, əlbəttə, Fransa dövlətinin Azərbaycana qarşı olan qərəzli münasibəti durur. Təbii ki, biz düşmən olanla dost ola bilmərik. Münasibətlər qarşılıqlı olmalıdır. Fransaya bugünkü Azərbaycanın münasibəti adekvatdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri