“Napoli” yoldaşlıq oyununda “Osasuna”nı məğlub edib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “Napoli” komandası İspaniyanın “Osasuna” klubunu yoldaşlıq oyununda məğlub edib.
İdman.Biz-in məlumatına görə, Kastel di Sanqroda (İtaliya) keçirilən oyun “Napoli”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matteo Politano 27-ci dəqiqədə hesabı açıb. Lorenzo Lukka ikinci hissədə “Napoli”nin üstünlüyünü artıraraq 53-cü dəqiqədə qol vurub. Ante Budimir “Osasuna”nın yeganə qolunu 69-cu dəqiqədə vurub.
Bu qələbə Massimiliano Allegrinin komandasının mövsümöncəsi hazırlıq mərhələsindəki ikinci qələbəsi olub. Bundan əvvəl “Napoli” “Arezzo”ya (1:3) uduzub və “Karrareze”yə (2:0) qalib gəlib.
“Napoli” növbəti yoldaşlıq oyununu 8 avqustda İspaniyanın “Selta Viqo” komandasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Avqust 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















