“Napoli”nin baş məşqçisi hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Napoli”nin baş məşqçisi Antonio Konte barəsində İtaliya Kuboku matçında “Komo”ya (1:1) qarşı keçirilən oyundan sonra intizam araşdırması aparılıb.
İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, məşqçi oyun zamanı hakim Canluka Manqaniellonu təhqir edib. Mənbənin məlumatına görə, Konte hakimi “axmaq” adlandırıb və ondan monitora gedib “Komo”nun müdafiəçisi Yakobo Ramonla bağlı hadisəni mümkün qırmızı vərəqə üçün nəzərdən keçirməsini tələb edib.
Futbol federasiyasının nümayəndələrinin artıq məşqçinin günahını təsdiqləyə biləcək video və audio sübutlar topladığı bildirilir. Konte günahını boynuna almasa və cərimə ilə razılaşmasa, bir oyunluq cəza ilə üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
27 Aprel 2025 17:50
Alleqri “Napoli”nin baş məşqçisi oldu
03 İyul 2026 12:42
Napoli nin baş məşqçisi klubu tərk edir
08 May 2025 15:23
Napoli nin baş məşqçisi Antonio Konte cəzalandırıldı
14 Yanvar 2026 12:45
Napoli nin yeni baş məşqçisi bəlli oldu
26 May 2026 19:18
Baxış sayı:130
Bu xəbər 12 Fevral 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















