Icma.az
close
up
RU
Nar ağacı, nar çiçəyi

Nar ağacı, nar çiçəyi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gözəl üzləri həyadan rəng verib, rəng alanda nar kimi qızaran gördüm. Bağçamda gül açanda gördüm narın bahar ömrünü. Gülü gül qoxuyur, meyvəsi cənnət. Qaməti də zərifdi, nur yağan camalı da. Gül açanda elə bil, nur ipəyə bürünmüş gəlindi.

Əkdiyim nar ağacları ilk dəfə çiçək açanda ürəyimdə qəribə, kövrək hisslər baş qaldırmışdı. İnsanın öz əlləriylə əkib becərdiyi bağ-bağça da ömrə sevinc gətirir. İlin hər fəslində bağçanda gül görəndə bu torpaq, bu yer səni daha çox özünə çəkir. Daha çox əkib-becərməyi arzulayırsan. Arzu da bir ömürdür, Tanrım!

Bağçamdan nar gülü, nar çiçəyi könüldaşım kimi mənə baxır. Başdan-başa könlüm boyu çiçək açıbdır. Yarpaq yaşıl, çiçəklər qıpqırmızı. Elə bil, nar ağacının canına köz düşüb. Bir sevda havası vardı canında. Meh əsdikcə al-yaşılın içində çiçək-çiçəklə öpüşür. Baxanda duyğulara qərq olur insan.

Elə bu yaşımda da uçub gedən illərin səsi gəlir qulağıma. Hələ uşaqlıqdan yerdə gülü, göydə ulduzu sevdim. Gecələr göy üzü ilə dərdləşib, yenicə qönçələnmiş çiçəklərlə, ulduzlarla danışardım. Ürəyimdə kövrək, isti duyğular oyanırdı.

İndi o günlər yadıma düşəndə yaddaşım göynəyir. Uşaqlar ağaclardakı quş yuvalarını dağıdanda hirsimdən ağlayırdım. Onların bu hərəkətindən könlüm sınır, duyğularım yaralanırdı. Amma nar ağaclarının sıx budaqları arasında quşlar yuva quranda onu görmürdülər deyə, quşların yuvası toxunulmaz qalırdı. Nar ağacı quşlara qucaq açır, quş yuvalarını dəcəl uşaqlardan qoruyurdu. Şəfqətli yay günlərində, ata evimizin həyətində al-qırmızı don geyən o nar ağacları hərdən yuxuma girirdi. Nağıllı, əfsanəli nar ağacları ömrümə rəng qatmışdı. O nağıllar mənim kiçik qəlbimə, körpə xəyalıma qanad verirdi. Könlümün xatirələr qovluğunda uşaqlıq çağlarımı kitab kimi vərəqləyəndə indi-indi nağılla gerçəkliyi bir-birindən ayırd edə bilirəm.

...Bakı kəndlərinin birində, balaca bir bağ evimiz var. Sanki ilahi duyğudan, zərif naxışdan yaranıb. Orada ilk dəfə əkdiyim nar ağaclarını dostum Gündüz müəllim Məzrəlidən nar çubuğu şəklində gətirmişdi. İndi böyüyüblər, boyu boyuma çatır. Mən onların boyunu sevə-sevə, nazını çəkə-çəkə böyütmüşəm. Axı, güllər sığal istəyir, ağaclar qayğı gözləyir. Nar ağaclarım körpə nübar çağında çiçək açmayanda qəlbim üşənirdi. Çünki barsız ağac uğursuz ömür kimidir.

Evimizin həyətində yaşıllıqla, gül-çiçəklə əhatə olunmuş balaca bağçamız ilin hər fəslində könül oxşayır. Təqaüdə çıxandan sonra meylimi bu bağçaya salmışam. Hərdən ürəyim təklik istəyəndə, şəhər tünlüyündən uzaqlaşıb ora qədəm basanda ovqatım tamam dəyişir. Ruhuma çiçək ətri çilənir. Təkliyin sultan çağında suların səsinə qulaq kəsilirəm.

Hər həftə çiynimdə heybə, torpağa sərilən işıq yolu ilə pay-piyada bağa gedirəm. Könül yolu uzandıqca uzanır. Ürəyimlə gözüm özümdən qabaq gedir. Orada sehirli aləmin gözəllikləri ilə əhatə olunmuş meynələrlə, günəbaxanlarla, nar çiçəkləri ilə danışıram. Təbiətin naxışları ürəyimdə təsəlliyə çevrilir. Bağda sinədolusu nəfəs alıram, zərifliklə dolu təbiətdə fikirlər içində özümlə baş-başa qalıram. Baxçadan ayrılanda da nəzərlərimi gözəlliklərdən çəkə bilmirəm. Neçə-neçə sətiraltı fikir yatır hər gülün, çiçəyin qönçəsində. Duyğu-düşüncələrimin bütün məzmununu, məğzini özündə saxlayıb, məni buraxmır. İlkin ünvanımız da, son mənzilimiz də torpağa bağlıdır. Ana torpağın qüdrətinə, qəlbimin hərarətinə baxın və zərif duyğuların möhtəşəmliyini görün.

Yazılı mənbələrdə oxuyuruq və görürük ki, əbəs yerə narı meyvələrin şahı adlandırmayıblar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayılır. Hələ qədim zamanlardan nar Şərqdə böyük məna kəsb edirdi. Məhəmməd (s) Peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir.

...Gözəlliyə könül verib, nar ağacından dadlı duyğularla ayrılırdım. Günəşin şəfəqləri altında elə gözəl və yaraşıqlı görünürdü ki...Duruşunda nazlı gözəllərin bəxtəvərliyi duyulurdu. Şair Eldar Baxış öz isti şair nəfəsilə “Nar ağacı, nar çiçəyi” aşıq mahnısnın dillər əzbəri elədiyi gözəl nar çiçəyini daha da gözəlləşdirib:

Nar gülü, nar çiçəyi –
Axar suyun göyçəyi...

Nar ağacına, nar çiçəyinə çox mahnılar bəstələnib. Hamısı da gözəldir. Amma uzun illərdən bəri əzbərimdə yaşayan bu misralar məni duyğu qanadlarında gəzdirir. Bu da nar gülü, nar çiçəyi üçün bəstələnmiş ən gözəl nəğmələrdən, ən şirin təranələrdən biridir.

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri