Icma.az
close
up
RU
Gülnarə nar çiçəyi və ya qırmızıyanaq qız...

Gülnarə nar çiçəyi və ya qırmızıyanaq qız...

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onun yaradıcılığı və ədəbi fəaliyyəti barədə danışmaq istəmirəm. Qorxuram ki, nəyisə düz demərəm, nədəsə səhvə yol verərəm. Bu barədə ədəbiyyatşünaslar, ədəbi tənqidçilər danışsa daha yaxşı olar. Bir də ki, sosial mediada onun yaradıcılığından bəhs edən kifayyət qədər yazılar var. Kim istəsə tapıb oxuya bilər...

Bu gün mən sizə onu mənalandıran, taleyini istiqamətləndirən adı barəsində söhbət açmaq istəyirəm. Axı, adın insan taleyində böyük rolu var. Gülnarə! Fars mənşəli qadın adı. Mənası “nar çiçəyi”, bəzi mənbələrdə isə “qırmızıyanaq” deməkdir. Bu adın fonosemantik- yəni səslə məna arasında əlaqə təhlili adın sahibinin cəsarətli, güclü, eyni zamanda sadə bir insan olduğunu söyləyir. Bu adı daşıyan adam istənilən şəraitə asanlıqla uyğunlaşır. Dəyişikliklərdən və gözlənilməz vəziyyətlərdən qorxmur. Amma o, heç vaxt qayda və qanunları pozmur. O, bir insan kimi sədaqət və davamlılığı ilə xarakterizə olunur. Yaşa dolduqca daha da sakitləşir, duyğularının öhdəsindən daha asan gəlir, qətiyyət və əzmkarlıq göstərir. Bu adı daşıyan qadın münasibətlərdə tələbkardır, amma diqqət və qayğıya ehtiyacı var. O, dinamik və temperamentlidir, necə hərəkət etməyi yaxşı bilir. Bəli, Gülnarə adının daşıyıcısı mehribandır, həssas və ünsiyyətcildir. Bu adın sahibi ideya çeşməsidir, dayanmadan qaynayır və bu ideyaları özü həyata keçirməyi xoşlayır. Vaxtını mənasız yerə itirməyi sevmir. Qarşısına həmişə müxtəlif hədəflər qoyur, sonra da israrla uğura doğru tələsir. Və bundan mənəvi zövq alır. Heç də təsadüfi deyil ki, çalışqanlğına və təşkilatçılıq qabiliyyətinə görə, onu yüksək qiymətləndirirlər. Elə ona görə də ötən illər ərzində parlaq karyera qura bilib...

Bəli, söhbət AYB-nin Sumqayıt bölməsinin sədri, şair, publisist Gülnarə Cəmaləddindən gedir. Yanvarın 27-si bu gözəl xanımın növbəti ad günüdür. Yəqin ki, dostları, həmkarları təbrik etmək üçün, daha çox onun yaradıcılığından söhbət açacaqlar. Mən isə atasının qoyduğu Gülnarə adının mənasını və mistik gücünü izah etməyə çalışdım...

...Yeni yaşınız mübarək, Gülnarə xanım!..

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri