Narahat olmayacağıq, çünki bütün nefti əlindən alacağıq
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Carrod Eygen bildirib ki, ABŞ İranın neft ehtiyatlarına tam nəzarət etmək niyyətindədir.
Ölkə.Az xəbər verir ki, o bu açıqlamanı "Fox News"a verdiyi müsahibədə verib.
Müxbirlər ondan Yaxın Şərqdəki gərginliyin qlobal neft qiymətlərinə təsirini qiymətləndirməsini istəyiblər. Eygen cavab verib: "Nəticə etibarilə, Hörmüz boğazındakı bu problemlər barədə narahat olmayacağıq, çünki bütün nefti (İran rəhbərliyinin) əlindən alacağıq."
Daha əvvəl Qətərin enerji naziri Səəd əl-Kaabi xəbərdarlıq etmişdi ki, Yaxın Şərqdəki gərginlik davam edərsə və tankerlər Hörmüz boğazından sərbəst şəkildə keçə bilməsə, neft qiymətləri barel üçün 150 dollara qədər yüksələ bilər. O, qiymət artımının iki-üç həftə ərzində baş verə biləcəyini proqnozlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 07 Mart 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















