Narek Karapetyana Ermənistandan çıxmaq qadağan edilib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müxalif "Güclü Ermənistan" partiyasının liderlərindən biri olan Narek Karapetyana ölkədən çıxmaq qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğuna istinadən Ermənistan mediası məlumat yayıb.
Onun barəsində həmçinin digər qətimkan tədbiri – 1 milyard dram (2,6 milyon dollar) məbləğində girov da tətbiq edilib.
Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun seçilmiş deputatın azadlıqdan məhrum edilməsinə razılıq verilməsini tələb etdiyi vəsatətini geri qaytarıb.
Daha əvvəl Baş Prokurorluq Karapetyana qarşı ictimai cinayət təqibinə başlamışdı. İş "Güclü Ermənistan" bloku liderinin tərəfdaşı Alik Aleksanyanın həbs edildiyi cinayət icraatı ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 İyul 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















