Icma.az
close
up
RU
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib KONKRET

“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb. Jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.

Təqdim edilən məqalədə bildirilir ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa doğru mühüm addım ataraq 63 yeni çoxtemperaturlu yük maşınını istifadəyə verib. Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir.

“Nargis” jurnalı “Araz” supermarketlər şəbəkəsinin yaşıl iqtisadiyyata dəstək layihələrindən də ətraflı bəhs edib. Bunlar “Ekoçantadan istifadənin təşviqi”, “Tullantıları ekoçantaya dəyiş”, “Tullantıları tingə dəyiş”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Araz”ın təbiətsevərləri “Təmiz ölkəm” aksiyasında, “Sahibsiz heyvanlara qayğı” və “Transformasiya layihəsi” kimi ekoloji və sosial layihələrdir.

Məqalədə bildirilir ki, 2024-cü ildə ETSN və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağaclarının əkilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” marafonuna qatılan əməkdaşlar, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Novxanı sahilindən 1 tondan çox tullantı toplayaraq insanları ətraf mühitə məsuliyyətlə yanaşmağa çağırıb.

Sözügedən məqalədə Veysəloğlu Şirkətlər Qrupunun Elektron Sənəd Dövriyyəsi (ESD) transformasiya layihəsi ilə kağız və katric istifadəsinə 50%-dən çox qənaət edilməsinə nail olduğu da xüsusi vurğulanır.

Bütün bunlarla yanaşı Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste Project by Nargis – 2024” (Sıfır Tullantı – 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım da atıb. Bu əməkdaşlıq çərçivəsində “Veysəloğlu” tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak edib. Toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində “Yaşıl Zona”da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl İqtisadiyyat”a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri