Icma.az
close
up
RU
Narin cinayəti ilə bağlı tükürpədən FAKT Xəyanətin üstü məhkəmədə açıldı

Narin cinayəti ilə bağlı tükürpədən FAKT Xəyanətin üstü məhkəmədə açıldı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu gün Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın məhkəməsi keçirilib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Diyarbəkirdə itdikdən 19 gün sonra dərə yatağında çuval içində cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı məhkəməyə verilən anası Yüksel, böyük qardaşı Enes və əmisi Səlim Güran və Nevzat Bəxtiyarın , ömürlük həbs istəyi ilə mühakimə olunduğu iddianın ilk məhkəməsi keçirilib. 

İclasda ilk olaraq şahid Nevzat Bəxtiyar danışdırılıb.

Bəxtiyar iclasda "Səlim mənə "Narinin anası ilə cinsi əlaqədə olarkən Narin gördü " ifadələrini işlədib.

Bu etirafdan sonra Narinin atası məhkəmədə göz yaşlarını saxlaya bilməyib.

Şahid Nevzat Bəxtiyarla hakim arasında baş verən dialoq:

Hakim: HTS qeydlərinə görə soruşuram: 15:08-də sən Salimlə görüşürsən, 15:15-də Narin gəlir, bəs necə olur ki, 15:08-də Yüksel Güran sənin yanında olarkən o, cinsi əlaqədə olur? Zaman uyğun gəlmir.

Nevzat Bəxtiyar: Mən Səlimi yalnız evimin həyətində suvarma edərkən gördüm, 10-15 dəqiqə sonra yuxarıdan gəlirdi. Salim evə daxil olanda mənə dedi ki, "Narini yox elə."

Hakim: Əksik hissələr var, açıqlama ver.

Nevzat Bəxtiyar: Salim mənə dedi ki, parçalayaraq çaya at.

Hakim: Daha əvvəl belə bir şey etmisənmi? Bu soyuqqanlılıq haradan gəlir?

Nevzat Bəxtiyar: Məni hədələdiyi üçün bunu etmək məcburiyyətində qaldım. Silahla məni hədələdi. "Oğlun Məhəmmədin və sənin başına güllə ilə vuraram." dedi. Mən də qorxdum.

Hakim: Evdə Enesi və Yükseli gördünmü?

Nevzat Bəxtiyar: Yox, görmədim. Salim çölə çıxdı, ədyal gətirdi. Mən evdə tək idim, heç kimi görmədim. Sonra Salimlə uşağı ədyala bükdük. Daha sonra mənim maşınıma yaxınlaşdıq, o vaxt heç kim bizi görmədi. Qırmızı maşınıma qoydum. Bu zaman Yükseli yuxarıdan gördüm, ağlayırdı.

Hakim: Adyala bükdükdən sonra Salim nə etdi?

Nevzat Bəxtiyar: O da maşınla çıxdı.

Hakim: Yenə soruşuram, tövləyə nə zaman getdin?

Nevzat Bəxtiyar: Adyalı kisəyə qoymaq üçün tövləyə getdim. Bu Salimin planı deyildi, ağlıma gəldi. Mən kisəyə qoydum.

Hakim: Narinin paltarları üstündə idi?

Nevzat Bəxtiyar: Bəli, qara köynəyi və çantası var idi.

Hakim: Salimin maşınından DNT var. Maşında, adyalda nəmlik varmı?

Nevzat Bəxtiyar: Bilmirəm, xatırlamıram.(milli.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri