Icma.az
close
up
RU
Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?

Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaq işi ilə bağlı yeni dəlillər ortaya çıxıb. Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.

Məlumata görə, Narinin öldürüldüyü güman edilən tövlənin qarşısından qanlı əlcək tapılıb və bu əlcəyin kimə məxsus olduğu araşdırılır.

Xatırladaq ki, Narinin cəsədini dərə yatağında gizlədən və əsas şübhəlilərdən biri olan Nevzat Bahtiyarın bildirdiyinə görə, qızın əmisi, əsas şübhəli Salim Güran Narinin evlərinin yanındakı tövlənin qarşısından ona səslənmişdi. Bundan sonra isə bütün diqqətlər bu nöqtəyə yönəlmişdi. Əldə edilən görüntüdə isə tövlənin yerləşdiyi yerdə qanlı əlcək əks olunub.

Qeyd edək ki, Narin Güranı qətlə yetirməkdə təqsirli bilinən 4 şübhəlinin ötən həftə məhkəməsi başlayıb və barələrində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə tələbi irəli sürülüb.

8-ci Ağır Cəza Məhkəməsində 3 gün davam edən proses zamanı həbsdə olan müttəhimlər - Narinin əmisi Salim Güran, anası Yüksel Güran və böyük qardaşı Enes Güran və qızın cəsədini Sıratutmaz dərəsində gizlətdiyini istintaq mərhələsində etiraf edən Nevzat Bahtiyar ifadələrində özlərini müdafiə ediblər.

Məhkəmə heyəti təqsirləndirilən şəxslərin qaçma, gizlənmə və ya saxlanılmama ehtimalını nəzərə alaraq həbslərinin davam etdirilməsinə, növbəti iclasın dekabrın 26-na qədər təxirə salınmasına qərar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see134

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

12 Mart 2025 08:11see122

Rusiya Odessa limanına zərbə endirdi: 4 əcnəbi öldü

12 Mart 2025 01:40see121

11 yaşlı uşağa sahibsiz itlər hücum ETDİ

11 Mart 2025 21:18see119

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see118

Ağsuda Azərişıq əməkdaşını cərəyan vurub öldürdü

12 Mart 2025 10:06see117

Günün HAVASI: 23 dərəcə isti...

12 Mart 2025 09:12see115

Əks istiqamətə çıxan 89 yaşlı sürücü saxlanıldı, vəsiqəsi əlindən alındı VİDEO

11 Mart 2025 21:02see114

Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub VİDEO

11 Mart 2025 21:05see114

Parlament Portuqaliya hökumətinə etimad göstərməyib

12 Mart 2025 04:55see113

“İnter” hesabı açdı YENİLƏNİR

12 Mart 2025 00:12see113

ABŞ və Ukrayna Ciddədə Zelenskinin istefasını müzakirə etməyib KİV

12 Mart 2025 09:15see113

Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

12 Mart 2025 08:08see112

“Bu məsələyə mütləq baxılacaq” Mərdəkandakı yumruq davasına görə kimlər cəza alacaq?

12 Mart 2025 11:56see112

Bürcünüzə görə hansı seriallardansınız? Astroloji testlə kəşf edin

12 Mart 2025 06:04see112

Sakinlər bu əyləncə mərkəzindən ŞİKAYƏTÇİDİR VİDEO

12 Mart 2025 09:54see112

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see110

Hər yerim ağrayır... Yaz sindromu nədir, kimlərdə olur?

12 Mart 2025 05:34see110

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

12 Mart 2025 10:06see108

Ronaldonun sevgilisi moda nümayişinə elə geyimdə gəldi ki... FOTO

12 Mart 2025 02:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri