Icma.az
close
up
RU
Fidan Hacıyevanın İkinci Beynəlxalq festivalının Arşın mal alan operettasından möhtəşəm startı FOTO

Fidan Hacıyevanın İkinci Beynəlxalq festivalının Arşın mal alan operettasından möhtəşəm startı FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakıda heyrətamiz hadisə baş verdi-Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı füsunkar və parlaq tamaşa ilə açıldı! Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində dahi Üzeyir Hacıbəylinin əfsanəvi "Arşın mal alan" operettası təqdim olunub, hansı ki  112 illik tarixində bütün dünyada tamaşaçıların qəlbini fəth edib. 

"Arşın mal alan" təkcə Azərbaycanın mədəni simvolu deyil, həm də dünya teatr sənətinin əsl vizit kartına çevrilib.  Operetta dünyanın 80 dilinə tərcümə olunub, dünyanın 80-dən çox ölkəsində 200-ə yaxın teatrda səhnələşdirilib, 4 dəfə ekranlaşdırılıb və dünyanın 130-dan çox ölkəsində nümayiş olunub. 

Belə bir klassikin səhnələşdirilməsinə başlamaq asan məsələ deyil, amma nəticə bütün gözləntiləri aşdı! Taçaşaçı zalı sənətçiləri ayaq üstə alqışladı, onları çiçəklər və uzun alqışlarla yağdırdı. Festivalın belə bir başlanğıcı bir çox parlaq anlar vəd edir! 

Operetta Şuşada baş verir və süjet Şərq həyatının keşmişdə ən vacib aspektlərinə toxunur. Vaxt var idi ki, qadınlar çadra geyinirdilər və gənc qızlar əsasən valideynlərinin istəyi ilə evlənirdilər. Bununla birlikdə, yeni dövrlər yeni ideallar gətirir. Gənclər qarşılıqlı hisslərə əsaslanan sevgi xəyal edirlər. Bu mövzu tamaşaçıları uzun müddət unudulmuş ənənələr və dəyişikliklər atmosferinə qərq etdi. 

Yeni tamaşanın mərkəzinə çevrilən inanılmaz gənc istedadlara xüsusi diqqət yetirilməlidir. Baş rollarda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin gənc vokalçıları yer alıb, onlar sadəcə öz partiyalarını ifa etməyiblər, həm də təzə baxış və enerji gətiriblər. Fidan Hacıyevanın "Yol gənclərindir!"- parlaq şəkildə təcəssüm olundu. 
Peşəkar olmayan aktyorlar-gənc vokalçılar bu axşam böyük səhnəyə ilk çıxışlarında parlayırdılar. Gənc tacir Əsgər rolunda Vüqar Hacıyev parlayırdı, Aysu Əliyeva isə Gülçöhrə obrazında öz incəliyi ilə valeh edirdi. Süleyman obrazında qamətli Rauf Məmmədzadə, xəyalpərəst Asya rolunda Şahirə Rzayeva  və Telli rolunu canlandıran coşğun Röya Əliyeva parlaq və emosional çıxışları ilə səhnəni işıqlandırıblar. 

Məşhur opera ifaçılarını gözlənilməz rollarda görmək eyni dərəcədə təəccüblü idi. Xalq Artisti Fidan Hacıyeva gözəl Cahan xala obrazını təcəssüm etdirib. Qardaşı oğlunun Əsgərin şıltaqlıqlarını əyləndirən və onu evləndirməyə qərar verən dul qadın, nəticədə özü dul Soltan beyə evlənir. Bu rolu xüsusi yumorla tamaşanın ikinci rejissoru kimi çıxış edən Əməkdar Artist Fərid Əliyev oynayıb. Yeri gəlmişkən, operettada qızı Aysu ilə bərabər - həyatda olduğu kimi, tamaşada da ata və qızıdır. Ən maraqlı məqamlardan biri, Əməkdar Artist Tural Ağasıyevin özünü "pulla adam" kimi təqdim edən və dərhal Soltan bəyin qulluqçusunu fəth edən nökər Vəli, məzəli və hiyləgər rolunda görünməsi idi. Nəzərə alsaq ki, sonda Əsgər Gülçöhrə ilə, dostu Süleyman isə Gülçöhranın əmisi qızı Asya ilə evləndi, final əsl sevgi və sevinc bayramı abu-havasında oldu-bir gündə dörd toy! Tamaşaya qəhrəmanların sözlərinə və səhnə rollarına çox maraqlı yumoristik anlar gətirən, tamaşaya unikal atmosfer bəxş edən quruluşçu rejissor, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin işini xüsusi vurğulayırıq. Bu möhtəşəm axşamın füsunkar ab-havası Xalq Artisti, Maestro Cavanşir Cəfərovun rəhbərliyi ilə Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə baş tutdu. Fidan Hacıyevanın İkinci Beynəlxalq opera festivalının belə açılışı heyrətləndirməyə bilməzdi! Bu festival bütün opera pərəstişkarları üçün əsl bayram olacağını vəd edir! 

Festivalın proqramı ilə linkə daxil olaraq tanış ola bilərsiniz https://news.milli.az/culture/1275602.html

İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri