Icma.az
close
up
RU
Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ hökuməti Suriyanın yeni hakimiyyətinə sanksiyaların yumşaldılması və 2 illik dondurulması qarşılığında 8 tələb irəli sürüb.

Məlumata görə, bu barədə Britaniyada dərc olunan “Al-Majalla” jurnalı ABŞ və BMT mənbələrinə istinadən xəbər yayıb.

Yazıda qeyd olunur ki, Dəməşq hakimiyyəti onların bir qismini icra etsə də, bəzilərini yerinə yetirməkdə çətinlik çəkir.

Vaşinqtonun tələbləri isə çoxşaxəlidir:

1. Suriya hakimiyyəti ölkə ərazisində bütün Fələstin hərbi-siyasi təşkilatlarının fəaliyyətini qadağan edən qərar qəbul etməlidir.

2. ABŞ-ın Suriya ərazisində düşmən elan etdiyi şəxs və qruplara qarşı əməliyyat aparmasına icazə verməlidir.

3. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Hizbullahı “terror təşkilatı” elan edərək, ABŞ-ın təhlükə olaraq gördüyü bütün şəxs və qrupları hədəfə almasını qəbul etməlidir.

4. İŞİD və terrora qarşı mübarizə aparacaq peşəkar ordunun qurulması və həmin orduya yüksək və əhəmiyyətli postlara əcnəbi komandirlərin təyin olunmaması.

5. Kimyəvi silah mərkəzləri və araşdırma proqramlarına ABŞ mütəxəssislərinin daxil olmasına icazə verilməsi.

6. Suriyada itkin düşmüş amerikalıların tapılması üçün komissiyanın yaradılması.

7. Suriyanın şimal-şərqində kürdlərin bölgəsində yerləşən Əl-Hol həbs düşərgəsində saxlanılan İŞİD üzvlərinin ailələrinin təhvil verilməsi.

8. İŞİD-ə qarşı beynəlxalq koalisiya ilə əməkdaşlıq etməklə bağlı öhdəlik götürülməsi.

Bu tələblər yerinə yetiriləcəyi təqdirdə ABŞ Suriyaya qarşı sanksiyaları yumşalda və müəyyən maliyyə tranşlarına “yaşıl işıq” yandıra bilər. BMT baş katibinin müavini Abdullah Dardarinin hazırladığı təkliflərdə isə 500 milyon dollar dəyərində Suriya dövlətinə aid dondurulmuş vəsaitin Suriyadakı layihələrə sərf olunması nəzərdə tutulur.

Ancaq bu tələblərin heç də hamısını reallaşdırmaq elə də asan deyil. Mütəxəssislərin fikrincə, bəzi tələblər Suriya üçün çətin ola bilər. Lakin ümumilikdə yeni Dəməşq hökumətinin bu tələbləri reallaşdırması ehtimalı yüksəkdir.

Hətta bu tələblərdən bir qismi, necə deyərlər, artıq həllini tapıb. Bir qismi isə icraata başlanılıb. Məsələn, ərəb mediası yazır ki, Suriya hakimiyyəti təhlükəsizlik qüvvələri bazar günü axşam Dəməşqdə Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xalid Xalidi və Hərəkatın Suriya üzrə təmsilçisi Əbu Əli Yasiri həbs edib.

Bundan başqa, son günlər Bəşər Əsəd dövrünə aid kimyəvi silahlar və silah istehsalı mərkəzləri yenidən təhqiqata cəlb olunub və məhv edilir.

Həmçinin, son aylarda Suriyanın, xüsusən də şimal bölgələrində İŞİD liderlərinə qarşı ABŞ ordusu tərəfindən əməliyyatlar keçirilir və bir neçə İŞİD və müttəfiq qrupların lideri məhv edilib.

ABŞ artıq 10 ildən çoxdur ki, Suriya ərazisində hərbi qüvvə saxlayır və bu qüvvələr istənilən vaxt Suriya ərazisində hədəfləri vurur. Bunun bundan sonra da mümkün olacağı aydın məsələdir, çünki Suriya hakimiyyətinin ABŞ-a mane olması imkanları məhduddur.

Digər tərəfdən, İranın və Hizbullahın Suriyadakı varlığı, İŞİD-ə qarşı mübarizə və daha bir neçə tələb var ki, bu məsələlərdə ABŞ və Suriya hakimiyyətinin maraq və mövqeləri müəyyən qədər üst-üstə düşür.

Qeyd edək ki, ABŞ-da Suriyaya münasibətdə sərt və yumşaq olmaqla iki yanaşma mövcuddur. Məsələn, hazırkı administrasiyada Milli Kəşfiyyat Agentliyinin direktoru Tulsi Qabbard və Trampın terrorla mübarizə üzrə müşaviri Sebastian Qorka Suriyaya qarşı ehtiyatlı və nisbətən sərt münasibət tərəfdarıdır.

Dövlət katibi Rubio və MKİ-yə yaxın şəxslər isə daha yumşaq və şərtli münasibətlərin qurulması tərəfdarı kimi tanınırlar.

ABŞ prezidentinin hərbi qüvvələri Suriyadan çıxarmaq barədə qərarı və Suriya ilə bağlı açıqlamaları göstərir ki, prezident Donald Tramp Vaşinqtonun Suriyada aktiv rol almasında maraqlı deyil. Əksinə, daha əvvəl də dediyi kimi, Suriyanı ABŞ üçün yük hesab edir.

Ancaq ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik və xüsusən də İsrail amili ABŞ-ın Suriyada aktiv rol almasını şərtləndirən əsas amillərdən biridir./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri