Icma.az
close
up
RU
Narkologiya sahəsində kadr çatışmazlığı Bu ixtisasa maraq niyə AZALIB?

Narkologiya sahəsində kadr çatışmazlığı Bu ixtisasa maraq niyə AZALIB?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda narkologiya sahəsində çalışan həkimlərin sayı son illərdə kritik səviyyədə azdır.
 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə hazırda cəmi 68 narkoloq fəaliyyət göstərir. Bu rəqəm ötən illərlə müqayisədə çox da fərqlənmir: 2024-cü ildə 67, 2023-cü ildə isə 65 narkoloq qeydə alınıb.


Bu isə narkologiya sahəsindəki kadr çatışmazlığının nə qədər ciddi olduğunu göstərir.
Ölkədə narkomaniyaya qarşı hüquqi və maarifləndirmə tədbirləri genişləndirilir, lakin tibbi tərəf üzrə vəziyyət bu cür məhduddur.
Bəs narkoloqların sayının az olmasının səbəbi nədir?
Azərbaycan Tibb Universitetinə ünvanlanan sorğuya cavab olaraq, universitetin mətbuat katibi Günel Aslanova Bizim.Media-ya bildirib ki, 2025-ci ildə “Narkologiya” üzrə rezidenturadan məzun olanların sayı cəmi 2-dir, qəbul isə olmayıb.
 

2024-cü ildə isə Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan (ADHTİ) hər biri 1 nəfər olmaqla, ümumilikdə 2 narkoloq məzun olub. Onların hər ikisi qadın olub. 2023-cü ildə isə yalnız 1 qadın narkoloq məzun olmuşdu.


Ötən illərdə də vəziyyət fərli olmayıb. Problemin nədən qaynaqlandığı isə məlum deyil.
Məsələni Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov şərh edib.
Deputat bildirib ki, narkoloqların sayının az olmasının əsas səbəbi sosial və maddi motivasiyanın zəif olmasıdır:
“Əslində, narkologiya ayrıca bir sahə deyil. Bu sahənin mütəxəssisləri psixiatr və psixoterapevtlərdən yetişir, yəni psixiatriya üzrə təhsil alan həkimlər daha sonra bu istiqamətdə superixtisas kimi təkmilləşirlər. Buna görə də narkoloqların azlığı tibbi tədris sisteminin yoxluğundan deyil, sosial və maddi motivasiyanın zəifliyindən qaynaqlanır”.
Deputat həmçinin bu sahədə işləyən həkimlərin ağır psixoloji yük, təhlükəli pasiyent qrupu və cəmiyyətin qınağı ilə qarşılaşdığını qeyd edib:
“Narkoloqlar təhlükəli xəstələrlə və cəmiyyətin qınağı ilə üz-üzə qalırlar. Eyni zamanda, onların əməkhaqqı və sosial təminatı da digər ixtisaslarla müqayisədə arzuolunan səviyyədə deyil”.
 

Rəşad Mahmudov vurğulayıb ki, əgər narkomaniyaya qarşı mübarizəni daha da effektiv etmək istəyiriksə, yalnız hüquqi və inzibati tədbirlərlə kifayətlənmək olmaz.


Bunun üçün mütəxəssis kadrların yetişdirilməsinə və sahəyə marağın artırılmasına xüsusi diqqət yetirilməlidir.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri