Narkoloji Mərkəzi direktoru cərimələndi, narazı qaldı (FOTO)
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Sadıqov Fəzail Əhməd oğlu barəsində cərimə protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, mərkəz direktoru barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol yazılıb.
192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Fəzail Sadıqov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib.
İşə Sabunçu Rayon Məhkəməsinin hakimiGünel Məmmədovanın sədrliyi ilə baxılacaq.
Aydın

Baxış sayı:161
Bu xəbər 21 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















