Narkomaniya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə təbliğat materialları hazırlanıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə uyğun olaraq antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2026-cı ildə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanıb.
525.az-a bu barədə İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, hazırlanmış yeni əyani vəsaitlər “Rəqəmsal mühitdə gizli narkotik riskləri” (rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri barədə məlumatlandırma, rəqəmsal savadlılığın və şəxsi təhlükəsizlik bacarıqlarının gücləndirilməsi), “Yeniyetmələr və gənclər üçün” (gənclər arasında narkotik vasitələrin yaratdığı risklər barədə məlumatlandırmanın gücləndirilməsi, psixoloji təzyiq və yanlış təsəvvürlərin izahı, habelə fərdi qərarvermə bacarığının və “yox” demək iradəsinin formalaşdırılması) və “Valideynlər üçün tövsiyə” (psixoaktiv maddələrin mahiyyəti, onların insanın psixi və fiziki sağlamlığına vurduğu ağır zərər, asılılıq mexanizmləri, istifadə risk amilləri, eləcə də yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti) mövzularını əhatə edir.
Qeyd olunan əyani vəsaitlərin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərində, bir sıra rayon və şəhərlərdə keçirilən aksiyalarda və təlimlərdə, habelə digər kompleks tədbirlər çərçivəsində paylanılması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 09 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















