Icma.az
close
up
RU
Narkomaniya ilə mübarizədə təhlükəli boşluq: Azərbaycanda reabilitasiya mərkəzlərinin qaranlıq tərəfi

Narkomaniya ilə mübarizədə təhlükəli boşluq: Azərbaycanda reabilitasiya mərkəzlərinin qaranlıq tərəfi

Icma.az bildirir, Moderator.az portalına istinadən.

2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40490 nəfər olub. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, onlardan 39485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. 

Qeyd edək ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində tətbiq üçün psixoloji dəstək proqramları hazırlanacaq. 

Son dövrlərdə Azərbaycanda narkomaniyadan müalicə və psixoloji reabilitasiya mərkəzlərinin sayı sürətlə artıb. Lakin bu artım hər zaman müsbət nəticələr vermir. Bir sıra müəssisələr tibbi protokollardan və elmi əsaslardan kənar, şəxsi yanaşmalara söykənən metodlar tətbiq edir ki, bu da yalnız pasiyentlərin sağlamlığına deyil, bəzən onların həyatına da ciddi təhlükə yaradır. Azərbaycanda dövlət tərəfindən pasiyentlər üçün əlçatan, elmi əsaslı reabilitasiya imkanları mövcuddurmu?

Beynəlxalq səviyyədə effektiv sayılan müalicə və reabilitasiya metodları hansılardır?  Ümumiyyətlə, belə xəstələrin sağalma şansı nə qədərdir?

Moderator.az-a danışan narkoloq-həkim Ramin Allahverdiyev deyib ki, Azərbaycanda özəl sektorda fəaliyyət göstərən psixoaktiv maddə istifadəsi ilə bağlı reabilitasiyaların sayı günü gündən artır. Onun sözlərinə görə, hamısını ümumiləşdirib eyni kateqoriyaya yerləşdirmək yanlış olar:

“Əlbəttə, öz yanaşma tərzinə və seçdiyi metoda görə fərqlənən reabilitasiya mərkəzləri də var. Lakin nəzər yetirsək, nəticə eynidir. Çünki reabilitasiyaların əksəriyyəti reklam xarakterli addımlar atır və  marketinq psixologiyasını daha ön planda tuturlar. Bizim üçün vacib olan vətəndaşın sağlamlığıdır. Son elmi tədqiqatlar nəticəsində öz sübutunu tapmış terapiyalara üstünlük verilməlidir. Üzülərək qeyd edə bilərik ki, Azərbaycandakı özəl reabilitasiyaların əksəriyyətində professional psixoloqlar fəaliyyət göstərmirlər. Psixoloqların  işini qəti olaraq sorğulamıram. Sadəcə olaraq onu qeyd edə bilərəm ki, asılılıqla işləmək üçün uzun illər təcrübə və araşdırma tələb olunur”. 

Narkoloq-həkim  qeyd edib ki, müalicə almaq istəyən şəxslər və onların yaxınları üçün düzgün reabilitasiya mərkəzi seçmək müəyyən problemlər yaradır:

“Çünki statistik qiymətləndirmə və şəffaflıq yoxdur. Valideyn kənardan baxanda necə bilər ki, bu reabilitasiya mərkəzində iş qaydasında aparılır, yoxsa yox? Şəffaflıq o zaman mümkün olar ki, bütün proses açıqlansın və müəyyən məcburiyyətdən kənar texnikalara üstünlük verilsin. Altı ay ərzində vətəndaşı məcburi saxlamaq, müəyyən təzyiq göstərmək və sonra onun istifadə etməyəcəyini düşünmək bir qədər absurd məsələdir. Bu səbəbdən valideynlər reabilitasiya seçimində ciddi çətinliklərlə üzləşirlər.  Qeyd etdiyim ki, hazırda reabilitasiya mərkəzləri arasında bərabər olmayan bir marketinq prosesi mövcuddur. Maddi ödənişlər də müəyyən dərəcədə manipulyativ hala gətirilib, valideyn haqlı olaraq ən ucuzunu seçməyə meylli olur. Mən bahalı olanın mütləq daha keyfiyyətli, ucuz olanın isə keyfiyyətsiz olduğunu demirəm. Azərbaycan praktik psixologiyasında isə mübahisəli bir məsələ var: 200–300 AZN seans pulu ödəyən psixoloqlar savadlı sayılır, amma bu yanaşma məntiq baxımından yanlışdır.”

Ramin Allahverdiyev qeyd edib ki, Azərbaycanda Respublika Narkoloji Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə həm detoksifikasiya prosesi tam ödənişsiz aparılır, həm də ambulator reabilitasiya xidməti göstərilir:

“Burada psixoterapiyalar tətbiq olunur ki, şəxsdə psixoloji problemlərin səbəbləri müəyyənləşdirilsin. Bu problemlər ailə və fərdi faktorlarla bağlı ola bilər.

Ancaq əlbəttə ki, bu kifayət deyil. Peşəkar və keyfiyyətli reabilitasiya mərkəzlərinə böyük ehtiyac var. 

Narkotik maddə istifadəsində “sağalma” anlayışı düzgün deyil. Bu, xroniki bir xəstəlikdir. Biz burada “sağalma” deyil, “remissiya” anlayışından istifadə edirik. Doğru reabilitasiya tətbiq olunduqda şəxsin remissiyası—yəni maddədən istifadə etməmə müddəti—uzun və stabilləşmiş ola bilər.

Şəxs ömrü boyunca maddə istifadə etməyə bilər, amma bu, onun tam sağaldığı anlamına gəlmir. Ona görə də daim diqqətli olmaq, terapiyalara davam etmək, yuxu, iştah, münasibətlər və iş fəaliyyəti kimi aspektləri izləmək vacibdir ki, şəxs yenidən asılılıq döngəsinə qayıtmasın”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri