“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi lehinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik.
Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və orada yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik.
Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə burada bir mərhələ daha yuxarı qalxmalıyıq, artıq narkobaronlarla mübarizə aparmalıyıq”, - deputat bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















