Narkotik çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.
"Cebheinfo.az" xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.
Belə ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi "VAZ" markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.
Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















