Narkotik testinin nəticəsindən sonra açıqlama yaydı
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Sıla Gençoğlu barəsində aparılan narkotik araşdırması ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, sənətçinin verdiyi narkotik testinin nəticəsi mənfi çıxıb. Məhkəmə-Tibbi Ekspertiza rəyindən sonra Sıla sosial şəbəkə hesabında susqunluğunu pozaraq ictimaiyyətə müraciət edib.
"Peşə fəaliyyətim boyunca cəmiyyətə, xüsusilə də gənclərə nümunə olmağa çalışmışam. Həm sənət, həm də şəxsi həyatımda hər zaman buna həssaslıqla yanaşmışam.
Bir neçə gün əvvəl aparılan araşdırma çərçivəsində ifadəm alındı və müxtəlif testlərdən keçdim. Bu prosesin sağlam və obyektiv şəkildə aparılması çox vacib idi.
Bu gün Məhkəmə-Tibbi Ekspertizanın rəyi açıqlandı. Mən özümə əmin idim. Rəy də hər hansı narkotik və ya psixotrop maddə ilə əlaqəmin olmadığını açıq şəkildə təsdiqlədi" deyə, sənətçi bildirib.
Qeyd edək ki, Sıla Bakırköy Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmış, nümunələr götürüldükdən sonra barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















