Icma.az
close
up
RU
“Narkotiklərə qarşı mübarizə ilə bağlı qanunvericiliyi sərtləşdirmək lazımdır” MİLLƏT VƏKİLİ

“Narkotiklərə qarşı mübarizə ilə bağlı qanunvericiliyi sərtləşdirmək lazımdır” MİLLƏT VƏKİLİ

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elşad Musayev: “Narkotiklərə qarşı mübarizə həyatın bütün sahələrini əhatə etməlidir”

2025-ci iln ilk günlərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev narkoticarətlə bağlı parlamentin qəbul etdiyi sərt qanunu imzaladı. Yeni qanuna əsasən, narkotik vasitələrin istehsalı və satışı ilə məşğul olan şəxslər ömürlük həbsə məhkum ediləcəklər. Belə ki, artıq bu cinayətlərə görə təqsirkarlar, o cümlədən də məmurlar 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə olunmaqla, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərlər.

Bir çox ekspertlər hesab edir ki, əslində, bizim ölkədə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bu cür qanunun qəbuluna ehtiyac var. Xüsusilə də “ağ ölüm” ticarətində əli olan, yaxud himayədar qismində çıxış edən məmurlara qarşı. Çünki milyonların həyatını “qara günə” qoyanlar üçün bir nemə illik azadlıqdan məhrumetmə cəzası çox yüngüldür. Odur ki, mövzunu millət vəkili Elşad Musayevlə müsahibəmizdə davam etdirdik.

- Qazaxıstanda narkotik cinayətlərinə (narkotik vasitələrin istehsalı və satışı) görə saxlanılan şəxslər, o cümlədən məmurlar, minimum 15-20 ildən başlayaraq ömürlük həbsə məhkum ediləcək. Həbslə yanaşı, onların əmlakı müsadirə olunmaqla, ömürlük azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur. Sizcə, Azərbaycanda da analoji qanun qəbul etməyə zərurət varmı?

- Ümumiyyətlə, narkotiklərə qarşı mübarizə dünyanın hər yerində gedir və çox ciddi qəbul olunur. Qazaxıstan da bu üsuldan istifadə edir. Bizə yaxın türk cümhuriyyətlərindən biridir. Azərbaycanın özündə də narkotiklərə qarşı mübarizə ilə bağlı müvafiq qanunvericilik var. Onu daha da sərtləşdirmək olar. Bizim Konstitusiyada narkotiklərə qarşı sərt cəzalar nəzərdə tutulub. Hesab edirəm ki, indiki vəziyyətdə onları daha da sərtləşdirmək lazımdır.

- Qazaxıstanla müqayisədə Azərbaycan narkotikdən daha çox zərər çəkən ölkədir. Burada ən azı İran faktorunu nəzərə almaq lazımdır. Üstəlik, ölkədə narkomanların və narkoticarətin əhatə dairəsi günbəgün genişlənir. Belə bir vəziyyətdə məsələnin həll yolunu necə görürsünüz?

- Qazaxıstanın özünə də Əfqanıstandan narkotik gəlir. Onun da öz problemləri var. Amma, ümumiyyətlə, narkotik ciddi bəladır. Və Azərbaycanda da, Qazaxıstanda da, digər ölkələrdə də bu, getdikcə artır. Dünyanın hər yerində bu bəla çoxalır. Ona görə, buna qarşı cəzanı da sərtləşdirmək lazımdır. Eyni zamanda, səbəbləri araşdırıb, onları aradan qaldırmaq lazımdır.

- Konkret olaraq bizim ölkədə çıxış yolunu necə görürsünüz?

- Narkomaniyanı yaradan səbəblər var, o səbəbləri aradan götürmək lazımdır. Bunu yaradan səbəblərdən biri odur ki, kənardan müdaxilə var. Məsələn, İrandan bir çox cəhdlər var ki, Azərbaycanda bu sahəni inkişaf etdirsinlər.

İkinci tərəfdən də, biz evlər, binalar tikirik, amma onun içində bir stadion tikmək yadımızdan çıxır. Biz gənclərin asudə vaxtını təşkil etmək haqqında fikriləşməliyik. Məsələn, xarici ölkələrdə “book-café”lər-kitab kafeləri olur, bu əsasən yeni nəsil üçün, gənclər üçündür. Biz bu gəncləri narkotikə bulaşdırmamaq üçün alternaiv variantlar fikirləşməliyik. Efirlərdə təbliğat aparılmalıdır. KİV-də işləyən adamsınız, sizlərdən çox şey asılıdır. İstər televiziyalar, istər digər media vasitələri olsun. Məsələn, TikTok-da söyüş söyən bir nəfəri götürüb efirə verirsənsə və yaxud onun haqqında bir yazı verirsənsə, deməli, onlardan bir qəhrəman düzəldirsən. Bu, bir misaldır. Bu, mediadan çıxarılmalıdır. Ona görə, bu problemin həlli üçün həm qanunvericilik sahəsində ciddi tədbirlər görülməlidir, həm də bu məsələnin təbliğat sahəsi işlənilməlidir. Həmçinin, belə halların baş verməməsi üçün müvafiq şərait yaradılmalıdır. İlk növbədə gənclərin asudə vaxtı, gənclərin məşğulluğu üzərində işləmək lazımdır.      

- Hazırda həbsdə olan məhbusların böyük əksəriyyəti məhz narkotiklə əlaqədar cəza çəkənlərdir. Aparılan araşdırma göstərir ki, onlar ortalama 3-5 il cəza çəkib, azadlığa çıxır və yenidən eyni əməlləri törətməyə davam edirlər. Belə bir şəraitdə narkotik ticarət ilə mübarizə nə kimi effekt verə bilər?

- Bütün hallarda dövlətin vəzifəsi, borcu narkotiklərə qarşı mübarizə aparmaqdır. Mən başa düşürəm, narkotik elə bir bəladır ki, ona bir dəfə bulaşan çox çətinliklə çıxır. Amma buna kompleks, yəni hərtərəfli yanaşmaq lazımdır. Müxtəlif tərəflərdən yanaşmaq lazımdır - uşaq vaxtından, orta məktəb dövründən, ailədən, böyüyəndən (həddi-buluğa çatandan), yeniyetməlik-gənclik çağından... Bütün bunlar ailənin, cəmiyyətin, dövlətin nəzarətində olmalıdır. Yeri gələndə ictimai qınaq olmalıdır. Yeri gələndə təbliğat, şərait olmalıdır. Yəni məsələyə belə yanaşma lazımdır.

-Yəni mübarizə həyatın bütün sahələrini əhatə etməlidir.

- Əlbəttə, narkotiklərə qarşı mübarizə həyatın bütün sahələrini əhatə etməlidir. Eyni zamanda, insan həyatının bütün dövrünü əhatə etməlidir. Yenə deyirəm, sizlərdən, mediada olanlardan çox şey asılıdır. Siz yaxşı nümunəni göstərməlisiniz. Söyüş söyənlər var, adlarını çəkmirəm, onların adını ümumiyyətlə çəkməməlisiniz ki, bu filankəsdir. Görürsünüz, indi tülküyə dönüblər, qaçıb gizləniblər. O adamlara efir vermək olmaz. “Nəşənin tüstüsü dağlara yayılsın” deyən meyxanaçıya efir vermək olmaz. Və yaxud sizin saytda yer vermək olmaz. Bu, pis nümunədir. Yaxud cürbəcür pis şeyləri təbliğ edən adamlara efir vermək olmaz. Bir də görürsünüz, gənclər topa bir yerə yığılır, siqaret çəkməyənə məcburi siqaret çəkdirirlər. Odur ki, biz həm də gənclərin asudə vaxtını səmərəli təşkil etməliyik. Tək biz yox, dünyanın hər yerində belə olmalıdır.

Ülviyyə ŞÜKÜROVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri