Narra tayfunu iki ölkədə həyatı iflic etdi
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Güclü yağış və fırtına ilə müşahidə olunan Narra tayfunu Çin və Vyetnamda həyatı iflic edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində on minlərlə ailə işıqsız qalıb. Vyetnamda isə daşqınlar və torpaq sürüşmələri səbəbindən təxliyələr aparılıb.
Çinin cənubundakı Guangxi Zhuang Muxtar Bölgəsində tayfun daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Bölgə 54 min insan təxliyə edilib və sığınacaqlara yerləşdirilib. Həmçinin 10 min hektardan çox kənd təsərrüfatı sahəsi zərər görüb.
Ölkədəki 15 çayın suyu xəbərdarlıq səviyyəsindən yuxarı qalxıb. Daşqın səbəbindən Çonqzuo şəhərində yollar və alçaqmərtəbəli binalar su altında qalıb.
Vyetnamın dağlıq Lanq Son və Kao Banq əyalətlərində 24 saat ərzində 236 ilə 300 millimetr arasında yağıntı qeydə alınıb.
Kuanq Nin əyalətinin bəzi hissələri su altında qalıb və bu da turizmə, balıqçılığa və nəqliyyata mənfi təsir göstərib.
Vyetnamda tayfun səbəbindən bir nəfər ölüb, 4300-dən çox ev təxliyə edilib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Avqust 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















