Icma.az
close
up
RU
Nasistlərin qızılla dolu qatarı tapıldı?

Nasistlərin qızılla dolu qatarı tapıldı?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İkinci Dünya müharibəsi zamanı itdiyi iddia edilən nasistlərə məxsus qızılla dolu əfsanəvi qatarının tapıldığı barədə yeni iddia gündəmə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, müharibənin son günlərində yoxa çıxan və əfsanəyə çevrilən bu qatarla bağlı Polşanın cənub-qərbində yerləşən Valbjixt şəhərinin yerli idarəsinə yeni bir məktub daxil olub.

23 aprel tarixli məktubda adı açıqlanmayan bir şəxs, bölgədəki gizli bir tuneldə üç vaqonun yerini bildiyini iddia edib.İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, məktubu göndərən şəxs hər birinin uzunluğu təxminən 12 metr, hündürlüyü isə 4 metr olan bu vaqonların polad qapının arxasında gizlədildiyini bildirib.

Məktubda həmin vaqonlarda qızıl və digər qiymətli metalların olduğu qeyd edilir. Eyni zamanda məktuba dörd əlavə sənədin də daxil edildiyi, bunlar arasında tunelin yerini göstərən xəritələr, geodezik məlumatlar və bir müharibə şahidinin ifadəsinin yer aldığı bildirilir.Valbjixt Bələdiyyəsinin sözçüsü Kamila Şvyerçinska məktubun təfərrüatlarının real və olduqca konkret olduğunu bildirib.

O, açıqlamasında, “Məktubda qatarın yerləşdiyi tunel kimi çox aydın vizuallar yer alır”, deyə qeyd edib.Əfsanəvi “qızıl” qatarı barədə iddialar 1945-ci ildə Nasist rəhbərlərinin Breslav (indiki Vroslav) şəhərindən yola salınan zirehli qatara yağmalanmış xəzinələri yükləyərək Valbjixt yaxınlığında yoxa çıxarması ilə bağlı rəvayətlərə əsaslanır.

Hətta bəzi iddialarda bu xəzinələr arasında Rusiyadakı məşhur “Kəhrəba otağı”na aid parçaların da olduğu qeyd olunur.Sankt-Peterburq yaxınlığındakı bir sarayda yerləşən və kəhrəba panellərlə bəzədilmiş bu otaq 1941-ci ildə Nasist qoşunlarının hücumuna məruz qalıb.Panellər oğurlanaraq Almaniyaya aparılıb və daha sonra onlardan heç bir iz tapılmayıb. Bəzi fərziyyələrə görə, bu otaq da digər qənimətlərlə birlikdə həmin qızıl qatarda yerləşə bilər.2015-ci ildə də iki nəfər yeraltı radarları vasitəsilə qatarın izinə düşdüklərini iddia edərək dünya miqyasında böyük maraq doğurmuşdular. Həmin dövrdə bölgəyə bir çox ölkədən xəzinə ovçuları axışmışdı.

Lakin bütün axtarışlara baxmayaraq, qatara dair hər hansı konkret dəlil aşkarlanmadı. Rəsmilər son məktubu göndərən şəxsin hələlik rəsmi qazıntı icazəsi üçün müraciət etmədiyini bildiriblər. Bununla belə, məktubdakı məlumatların qiymətləndirilməsi və yeni araşdırmanın aparılması ehtimalı müzakirə olunur.İllər sonra əfsanəvi qatar tapılacaqmı, yoxsa bu da yeni bir şəhər əfsanəsidir ətrafında mübahisələr davam edir. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri