Icma.az
close
up
RU
Natali Muravidze: AZIR lə bağlı yenilik Azərbaycanın maliyyə bazarlarının modernləşdirilməsində mühüm mərhələdir

Natali Muravidze: AZIR lə bağlı yenilik Azərbaycanın maliyyə bazarlarının modernləşdirilməsində mühüm mərhələdir

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“AZIR indeksi ilə bağlı yeni metodologiyanın tətbiqi AMB-nin bazarın inkişafı istiqamətindəki iradəsini əks etdirir və Azərbaycanın maliyyə bazarlarının modernləşdirilməsi yolunda mühüm mərhələdir".

"APA-Economics" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze bildirib.

O qeyd edib ki, yeni metodologiya AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönəlib və onun etalon dərəcə kimi davamlı istifadəsini möhkəmləndirməyi, habelə manatla digər maliyyə alətləri bazarlarına daha dərin inteqrasiyanı hədəfləyir.

Bundan əlavə, metodologiyada birləşdirilmiş (kompaund) AZIR indeksləri – 30, 90 və 180 günlük orta göstəricilər, eləcə də ümumi AZIR Kompaund İndeksi təqdim olunur. Bu, AZIR indeksindən nağd və törəmə məhsullarda istifadənin genişlənməsinə şərait yaradacaq.

15 may 2025-ci il tarixində AMB yeni metodologiyaya əsasən hesablanmış AZIR indeksini, kompaund faiz dərəcələrini və AZIR Kompaund İndeksini öz rəsmi internet saytında dərc edib.

Qeyd edək ki, AZIR 1 may 2023-cü ildə tətbiq edilib və o vaxtdan etibarən monetar siyasətin transmissiyasını izləmək üçün əsas göstəricilərdən birinə çevrilib. 2023-cü ilin noyabrından etibarən AMB AZIR indeksini əvvəlcədən müəyyən olunmuş faiz dəhlizində idarə etməyə başlayıb ki, bu da faiz dərəcəsi kanalının pul siyasətindəki rolunun daha da gücləndiyini göstərir.

Xatırladaq ki, EBRD Azərbaycanda aparıcı institusional investordur. Bank indiyədək ölkənin müxtəlif iqtisadi sahələrində təxminən 200 layihəyə 4 milyard avroya yaxın sərmayə yatırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri