Icma.az
close
up
RU
O məni qazaxlı olmağıma bağışladı Natəvan Dəmirçioğlu

O məni qazaxlı olmağıma bağışladı Natəvan Dəmirçioğlu

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Natəvan Dəmirçioğlunun Vidadi Babanlıya həsr etdiyi "O məni qazaxlı olmağıma bağışladı" yazısını təqdim edir.

Vidadi Babanlının yaradıcılığından yazmaq fikrində deyiləm. Ancaq onu mütləq demək istəyirəm ki, Vidadi Babanlı bizim gəncliyimizin mütaliə etdiyi çoxsaylı yazarlar içərisində yaradıcılığı ilk beşlikdə olan yazıçı idi. “Vicdan susanda” romanı ilə 70-80-ci illərin yeniyetmə və gənclərinin ən populyar, ən çox sevilən yazıçılarından birinin Vidadi Babanlı olduğunu heç kəs inkar edə bilməz. Ənənəvi roman janrında, çox müasir ruhda yazılmışdı bu əsər. Haqsızlıqla mübarizə, insanın iradəsi, həyəcanlı, romantik sevgi səhnələri, yazıldığı dövrün həyatından bədii mətnə gətirilmiş obrazlar, cəlbedici təhkiyə və asan, şirin, su kimi içilən üslub romanı oxuculara sevdirmişdi.

Vidadi Babanlını bir gün həyatda görəcəyim, hətta redaktor-müəllif münasibətində, dialoqunda olacağım xəyalımdan belə keçməzdi. Amma, görünür, bu, şansımdaymış. Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri baş redaksiyasının ədəbiyyat şöbəsində redaktor işləyirdim. Deyəsən, 1993-cü il idi, yanvar ayı olduğu dəqiq yadımdadır. Şöbənin müdiri şair-publisist İbrahim Göyçaylı növbəti verilişin materialını mənə verib dedi ki, bu buraxılışın redaktoru sənsən, diqqətlə oxu, bir makina səhifəsi iki dəqiqə efir deməkdi, materialı otuz dəqiqəlik veriliş üçün yığ, musiqi, elan və keçidlər üçün də yer saxla. Bu, Vidadi Babanlının hekayəsi əsasında “Bədii qiraət” idi. Yazını hazırladım, şöbə müdiri baş redaktor Əməkdar jurnalist Mailə Muradxanlı qol çəkdi, diktor oxudu, rejissor işlədi və efirə getdi. Həftənin sonuncu günü işə gələndə İbrahim müəllim dedi ki, Vidadi Babanlıya buraxılış kağızı yaz, qapıya göndər, özün də onun hekayəsinin üzərində işlədiyin vərəqləri get arxivdən, efir qovluğunun içərisindən götür, gəl.

Şöbə müdiri kağızdakı qeydlərimə baxdı və bir-bir onların izahını soruşdu. Mən də leksik, qrammatik-morfoloji, sintaksis – daha Azərbaycan dilçiliyindən nə bilirəmsə, onlara arxalanaraq etdiyim düzəlişləri əsaslandırmağa çalışdım. Dediklərimlə İbrahim müəllim nə dərəcədə razılaşdı deyə bilmərəm, mənə dedi ki, indi Vidadi müəllim gələcək, ona da elə belə deyərsən.

Bir azdan Vidadi Babanlı – “Vicdan susanda” romanının canlı və həqiqi müəllifi gəldi. Çox səliqəli, zövqlü geyinmişdi. Qovluğu, papağı, əlcəkləri əlində idi, paltosunu iki qatlayıb qolunun üstünə atmışdı. Əməkdaşlarla əl verib görüşdü, paltosunu asılqandan asa-asa mənə tərəf baxıb:

– Mənim hekayəmi sənmi redaktə etmisən? – deyə soruşdu. “Bəli” dedim, yəqin ki, amma öz səsimi heç özüm də eşitmədim.

Bu dəfə lap amiranə:

– Sən hələ yazmaq öyrənmədən necə pozmaq öyrənmisən? – dedi Vidadi müəllim.

Mən də “ədəbi redaktə dərsi keçmişik iki semestr“ dedim ürəyimdə, ancaq səsim çıxmadı.

Sual necə verilmişdisə rəhmətlik İbrahim müəllim dərhal ayağa qalxıb canıyananlıqla izahat verdi:

– Vidadi müəllim, bu qız da qazaxlıdır, universiteti qurtarıb, istedadlıdır, ümidverici gəncdir, ona inamımız çox böyükdü, – dedi.

Vidadi müəllim artıq boş stulda oturmuşdu. Bir anlıq mən və redaksiya əməkdaşları şöbə müdirinin stolunun üstündəki mənim redaktə etdiyim kağışlara baxdıq. Vidadi Babanlı isə başqa söz soruşdu:

– Qazaxın özündənsənmi, kəndindənsənmi, a bala? – dedi.

“Kəndindən” dedim, “hansı kəndindən?”deyə soruşmamış “ Daş Salahlıdanam”deyə əlavə etdim.

– Hə, lap yaxşı, daşsalahlılar elə-belə adam olmur, güclü adamlar olur, - dedi.

Əməkdaşlardan biri “Daşsalahlı yox, yəqin Daşsilahlı olmalıdı o kəndin adı” dedi və söhbət tamam başqa səmtə yön aldı.

Axırda Vidadi Babanlı yeni yazılarını verib getdi. Amma radioda söhbət hələ də kəsilməmişdi. Vidadi Babanlının efirdən öz hekayəsini eşidəndə iki sözün cümlədə dəyişdirilməsini, bir-iki xırda düzəlişi o saat tutduğunu, redaksiyaya etiraz etdiyini, “ədəbiyyat şöbəsinə gələn təzə qızın” redaktədə haqlı olduğunu danışırdılar. Mən isə dəqiq bilirdim ki, bu qədər sözə həssas, bu qədər yaradıcılığına diqqətli, mühafizəkar Vidadi Babanlı məni haqlı olduğum üçün yox, qazaxlı olduğum üçün bağışladı. Redaktor karyeram Vidadi Babanlının sayəsində zirvə nöqtəsinə çatmışdı. Amma yenə deyirəm, O məni qazaxlı olmağıma bağışladı.

Bir neçə il sonra Vidadi Babanlı şeir yaradıcılığı ilə məşğul olmağa başladığından redaksiyamıza şeirlərini göndərdi. Mən onun şeirlərindən ibarət “Poeziya dəqiqələri”nin də redaktoru oldum, bir neçə dəfə.

Vidadi Babanlı susan vicdanların qarşısında vicdanı susmayan yazıçıdır. Vidadi Babanlının “Vicdan susanda”sı onun bədxahlarını susdurmağa yetər!

Sinəsi açıq, qısa ətəklə... - Deputatdan müəllimlərlə bağlı çağırış Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi? Özbəkistan Ginnesin Rekordlar Kitabına düşdü
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri