“National Geographic” Azərbaycanda sənədli serial çəkir │ VİDEO
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Yaradıcısı və icraçı direktoru İqnasiyo Sançes Sorondo olan “Atlar və İnsanlar” sənədli serialında müxtəlif xalqların qədim atçılıq ənənələri araşdırılır. Atların tarixən xalqın həyatında tutduğu yer əsas götürülməklə, onun milli adət-ənənələri, mədəni irsi də tanıdılır.
Sənədli serialın birinci mövsümünün çəkilişləri 8 ölkədə - Argentina, Braziliya, Meksika, Hindistan, Mərakeş, Səudiyyə Ərəbistanı, İndoneziya və Monqolustanda həyata keçirilmişdi. İkinci mövsümün üzərində işləyərəkən yaradıcı heyət Azərbaycandan başqa İspaniya, Kolumbiya ABŞ və digər ölkələrə səfər edəcək. Prosesin ikinci mərhələsi avqust-sentyabr aylarında baş tutacaq.
Serialın Azərbaycandan bəhs edən epizodunda xalqımızın qədim atçılıq ənənələrindən, dünyaca məşhur Qarabağ atlarından, həmçinin müasir polonun qədim versiyası olan Çövkən oyunundan söz açılacaq. Sənədli serialın yaradıcıları ikinci mövsümün həmçinin “Netflix” rəqəmsal platformasında da yayımlanmasını nəzərdə tuturlar.
Qeyd edək ki, “Atlar və İnsanlar” sənədli serialının Azərbaycanda çəkilməsi ölkəmizin Argentinadakı Səfirliyinin təşəbbüsü və Beynəlxalq Çövkən Federasiyasının sponsorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının, Qarabağ Atçılıq Zavodunun və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“National Geographic” Azərbaycan şərabçılığından yazdı FOTO
06 Avqust 2025 15:12
“National Geographic Traveller UK” fotomüsabiqəsinin ecazkar şəkilləri
02 İyun 2025 12:59
“National Geographic” Göygöl şərablarından yazdı Şərab turizminin inkişafı
08 Avqust 2025 10:07
Səyahət sənayesi qadınlara görə sürətlə dəyişir National Geographic
31 Avqust 2025 10:22
“National Geographic”dən 2025 ci ilin heyrətamiz görüntüləri
20 Noyabr 2025 08:07
Baxış sayı:136
Bu xəbər 04 İyul 2026 14:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları