Icma.az
close
up
RU
Natiq Cəfərli:“Fikrimdə qalıram, Tramp sülh gətirəcək”

Natiq Cəfərli:“Fikrimdə qalıram, Tramp sülh gətirəcək”

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 “Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq”


“Məlum müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməmiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb”


“Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə” adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbass və digər mühüm əraziləri itirdi”. Bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib. O bildirib ki, ABŞ-nin Bayden administrasiyası Zelenski ilə birlikdə Ukraynanı böyük bir poliqona çevirdi: “Bu gün Ukraynanın dinc gələcəyi sual altındadır. 

Əslində, Nikol rejiminin qərbyönlü “rəqsi” Ermənistanın xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək”. E.Şarmazanov qeyd edib ki, müqavilə mümkün ABŞ-İran münaqişəsi halında Ermənistan üçün ciddi problemlər yaradacaq: “Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır. Mümkün təcavüz halında Ermənistanı kim qoruyacaq? Qərb? 100 il əvvəl Qərbin gözəl vədlərinə ümid bağladıq və nəticədə İrəvanın qapısında türkləri qarşıladıq. O zaman Ermənistan türk hərbi varlığından yalnız sovetləşmə sayəsində xilas oldu. İndi Ermənistanı kim xilas edəcək?”. Keçmiş vitse-spiker bənzər sazişin Gürcüstanla da imzalandığını, lakin Tbilisinin işğal altında olan Cənubi Osetiya və Abxaziyanı qaytara bilmədiyini xatırladıb. 

Qeyd edək ki, ötən gün Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.


ReAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Azərbaycan-Türkiyə arasında hərbi-strateji anlaşma - Şuşa Bəyannəməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi, işlək bir təhlükəsizlik çətiridir. Partiya rəhbərinin sözlərinə görə, Ermənistan rəsmi şəxsləri və ictimai fikir liderləri bu müqavilə ilə bağlı hay-küy salmışdılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır:

 "Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqında çox yüksək fikirdəsiniz, bu müqavilə kiçik Ermənistana qarşı deyil. Şuşa Bəyannaməsi Azərbaycana daim Şimaldan və Cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə strateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir. Ermənistanın ABŞ ilə imzaladığı əməkdaşlıq müqaviləsi ilə bağlı bir neçə vacib məqamı vurğulamaq lazımdır. Gedər ayaq Bayden administrasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır. Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməmiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoy, Rusiya və İran narahat olub Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, onsuz da Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür. Biz Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına çalışırıq. Ermənistanda Rusiya hərbi bazaları var. Ölkənin Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ ilə müqaviləsi Rusiyanı əsəbiləşdirib Ermənistana qarşı hansısa hərəkətə keçirəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq".


N.Cəfərli diqqətə çatdırıb ki, Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir: 

"Əsasən də, Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq. Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə - Türkiyə zəmanət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək. Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik. Məncə, doğru qərar olacaq. Bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram. Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Trampın, “mən dünyaya sülh gətirəcəm”, mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın, məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək. Ona görə də Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq. Bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları” gözləməliyik". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri