Icma.az
close
up
RU
Natiq Rəsulzadə: Ədəbiyyatçılar və dilçilər mümkün qədər xarici sözlərdən istifadəni minimuma endirməlidilər

Natiq Rəsulzadə: Ədəbiyyatçılar və dilçilər mümkün qədər xarici sözlərdən istifadəni minimuma endirməlidilər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, Günel Alıyeva, AZƏRTAC

Dilimiz çox zəngindir. Azərbaycan dilində demək olar ki, hər anlayışın, hər ifadənin, hər sinonimin qarşılığı var və onları işlətmək lazımdır. Azərbaycan dili də hər bir dil kimi canlı orqanizmdir. Hansı söz, hansı ifadə təbii şəkildə bu orqanizmə daxil olur, xalq tərəfindən qəbul edilirsə, həmin söz Azərbaycan dilində qalır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xalq yazıçısı Natiq Rəsulzadə danışıb.

“Biz də öz tərəfimizdən çalışmalıyıq ki, Azərbaycan dili üçün zəruri olmayan, dilimizin ruhuna uyğun gəlməyən sözlər onun tərkibində qalmasın. Məsələn, çox işlənən bir ifadə var: “Mən sənə SMS göndərdim”. Halbuki bunun Azərbaycan dilində qarşılığı mövcuddur: “Mən sənə məlumat göndərdim”, “Mən sənə xəbər göndərdim”. Bəs niyə mütləq xaricdən gətirilən, əsasən də ingilis dilindən alınan söz və ifadələri işlətməliyik?” – deyə yazıçı bildirib.

Onun fikrincə, bu cür nümunələr kifayət qədər çoxdur. Küçədə gəzərkən, insanlar arasında olanda tez-tez dilimizə yad, dilin daxili qanunlarına uyğun gəlməyən sözlərin gündəlik danışıqda işləndiyinin şahidi oluruq. Təbii ki, bunun da qarşısını almaq lazımdır.

“Biz yazıçılar, dilçi alimlər, ədəbiyyatçılar bu prosesə biganə qalmamalı, onun qarşısını almağa çalışmalıyıq. Amma yenə də vurğulayıram: hər bir dil, o cümlədən bizim doğma Azərbaycan dilimiz – canlı orqanizmdir. Bəzən elə sözlər olur ki, dil onları qəbul edir və həmin sözlər dildə qalır. Çünki heç bir dil yalnız öz daxilin imkanları hesabına zənginləşmir. Məsələn, türk dilinə fikir verin: orada nə qədər alman, ingilis, fransız sözləri var. Amma bu sözlər artıq həmin dilin tərkibinə daxil olub və orada sabitləşib”, – deyə Natiq Rəsulzadə qeyd edib.

Onun sözlərinə görə, buna baxmayaraq, mümkün qədər yazıçılar, ədəbiyyatçılar, dilçilər xarici sözlərdən istifadə etməməyə çalışmalıdırlar. Eyni zamanda, insanlar da bu cür sözlərin işlədilməsindən çəkinməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri