Icma.az
close
up
RU
NATO Baş katibi Rusiyanı danışıqları ləngiməkdə ittiham edib

NATO Baş katibi Rusiyanı danışıqları ləngiməkdə ittiham edib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Rusiya ABŞ-a Ukraynada müharibəyə son qoymaq istəyini nümayiş etdirməlidir, lakin hələ ki, Kreml bu prosesi yalnız ləngidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rutte "CBS News"a verdiyi müsahibədə danışıb.

"Həm ABŞ, həm də NATO Ukraynadakı müharibəni sona çatdırmaq üçün səylər göstərir və bu səylər çərçivəsində ABŞ həqiqətən də çalışır. Lakin hazırda "top Rusiyanın tərəfindədir", çünki Kremlin atdığı addımlar atəşkəsin əldə olunması üçün yetərli deyil. İnanıram ki, onlar kifayət qədər sürətli hərəkət etmirlər və bu barədə, xüsusən də amerikalı tərəfdaşlarımdan eşidirəm, Rusiya müharibəni sona çatdırmaq üçün daha çox şey etməlidir", - deyə Rutte bildirib.

O, həmçinin qeyd edib ki, Qərb müttəfiqləri ABŞ-ın müharibəni ədalətli, davamlı və uzunmüddətli sülh şəkildə sona çatdırmaq səylərini tam dəstəkləyir.

Bununla yanaşı, aparıcının Rusiyanın ABŞ-a atəşkəs şərtlərini diktə etməsindən narahat olub-olmadığını soruşduqda, Rutte bununla bağlı mənfi cavab verib:

"Marco Rubio ilə danışdım, mütəmadi olaraq ABŞ administrasiyasının digər üzvləri ilə də əlaqə saxlayıram. Mən düşünürəm ki, onlar həqiqətən də addım-addım müharibənin sona çatacağı bir vəziyyətə gəlməyə çalışırlar. Lakin, təbii ki, Rusiya - ruslar da buna qarşılıq verməlidirlər, amma hazırda onlar bunu etmirlər və bu, işləri çətinləşdirir", - deyib.

Rutte həmçinin bildirib ki, son dövrlərdə "cəhbə xətti bir istiqamətə hərəkət edib". Lakin o, Vladimir Putinin Ukraynaya qarşı hücumu dayandırıb-dayandırmayacağı barədə əmin olmadığını bildirib.

"Yaxşı, biz bilmirik. Mən düşünürəm ki, bu bir testdir və biz onun Amerikanın təkliflərinə necə cavab verəcəyini görməliyik", - deyə NATO Baş katibi vurğulayıb. O əlavə edib ki, atəşkəs "istədiyimizdən daha uzun çəkə bilər".

"Amma fakt budur ki, Tramp rusların nə qədər ciddi olduğunu yoxlayır. Gələcək həftələrdə biz onun nə qədər irəliləyə biləcəyini görəcəyik və mən onu dəstəkləyirəm", - deyə bvaş katib əlavə edib.

Əvvəllər Rutte, atəşkəsdən sonra NATO-nun Ukrayna ərazisində sülhməramlı missiyada birbaşa iştirak etməyəcəyini söyləmişdi, çünki bu, Alyansın gələcəkdə ərazi müdafiəsinə təsir göstərə bilər.

Müharibənin bu il bitib-bitməyəcəyinə cavab olaraq isə, o, müharibənin Vladimir Putin öz qoşunlarına çıxmaq əmrini versə, hər an sona çata biləcəyini qeyd edib. Lakin, NATO Baş katibi bunun "ən sadə nəticə" olacağını etiraf edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri