Icma.az
close
up
RU
NATO cavab verəcək, yoxsa tarix təkrar olur? ŞƏRH

NATO cavab verəcək, yoxsa tarix təkrar olur? ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Polşanın Baş naziri Donald Tusk-ın “İkinci Dünya Müharibəsindən bəri açıq münaqişəyə ən yaxın vəziyyətdəyik” bəyanatı yayımlandı.

Bu, əlbəttə, birmənalı qarşılanmaya bilər. İlk baxışdan obrazlı ifadə kimi görünsə də, gedişat deyilənləri təsdiq esir.

Dünya siyasi gündəmi Rusiya dronlarının Polşa hava məkanına daxil olmasını təsadüf kimi yozmur.

Daha çox deyilir ki, bu, Kreml tərəfindən NATO-nun sinirlərini yoxlamaq, alyansın qırmızı xətlərini test etmək və Avropada psixoloji basqı yaratmaq məqsədi daşıyır.

Rəsmi Moksvanın niyyəti isə ortadadır. O, Ukraynada irəlilədikcə irəliləmək, Qərbi isə öz aləmində çökdürmək, qarşınızda tək durdum demək istəyir.

Bəs Polşanın tələb etdiyi məsləhətləşmə nə deməkdir?

Bu, siyasi arenada “müttəfiqlərimizin dəstəyinə ehtiyacımız var” deyə şərh olunur.

Ancaq sözügedən maddə Məqalə 5 ilə qarışdırılmamalıdır.

Məqalə 5 kollektiv müdafiəni, daha dəqiq, faktiki müharibə vəziyyətində bütün NATO-nun hərəkətə keçməsini nəzərdə tutur. Amma Məqalə 4 artıq ilk ciddi siqnaldır.

Bəs Avropa necə? O, hər şeyə hazırdırmı?

Avropada qismən də olsa iqtisadi böhranlar başlayıb, sosial gərginliklər artıb. Belə bir məqamda müharibədən qaçmaq Avropa üçün daha da əlverişlidir.

Ancaq unutmaq lazım deyil ki, Avropanın Rusiya qarşısında geri çəkilməmək kimi bir qeyri-rəsmi öhdəliyi var.

Bütün bunlardan ziyadə dünya gündəmini düşündürən əsas sual var:

NATO hərbi cavaba hazırdırmı?

Alyans öz mövqeyini göstərməkdə nisbətən çətinlik çəkir. Avropada daxili siyasi böhranlar hökm sürür. Ancaq NATO-nu da NATO edən kritik məqamda ata biləcəyi addımdır.

Ssenari İkinci Dünya Müharibəsi ilə oxşardır. Avropa hələlik qismən sakitliyi seçib, Kreml öz gedişlərini edir.

Son olaraq isə belə demək olar:

Polşa burada həm də bəhanədir. Onun istəkləri ümumi Avropanın istəyidir. Ona görə də NATO cavab verməli, real mövqe göstərməlidir.

Görəsən, NATO cavab verəcək, yoxsa tarixin təkrarı gedir?

Elmar
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri