Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Damarları tıxananlar bu qidalardan imtina etsin

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

NATO NU ŞOKA SALAN ÇIXIŞ... Trampın yeni “qırmızı cizgiləri” açıqlandı

NATO NU ŞOKA SALAN ÇIXIŞ... Trampın yeni “qırmızı cizgiləri” açıqlandı

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, ABŞ-nin yeni Müdafiə naziri Pit Heqsetin Brüsseldə NATO qərargahındakı son çıxışı alyans üzvləri arasında şok effekti yaradıb. Hətta Böyük Britaniyanın Müdafiə naziri Con Hili Heqsetin çıxışına “biz sizi eşitdik” deyə, kəskin reaksiya verib və qeyd edib ki, onun ölkəsi Ukraynanı mütləq şəkildə NATO üzvü görmək istəyir. Danimarka daxil omaqla, bir çox digər NATO üzvləri də eyni mövqedədir.

“AzPolitika” xəbər verir ki, Heqsetin çıxışında təkcə Ukraynanın NATO üzvlüyünün və ölkənin 2024-cü il sərhədlərinə qayıtmasının mümkünsüzlüyü yox, digər bir sıra ciddi məqamlar da yer alıb. Bunları hətta Donald Trampın NATO, Avropa və Ukrayna ilə bağlı yeni “qırmızı cizgiləri” də adlandırmaq olar. Təəssüf ki, bu cizgilər heç də Ukraynanın və NATO-nun gələcəyi üçün uğurlu istinad nöqtəsi sayıla bilməz.

Beləliklə, Trampın müdafiə nazirinin əsas tezislərini təqdim edirik:

-Ukraynada müharibənin 3-cü ildönümü yaxınlaşdığı vaxtda mesajımız aydındır: qan tökülməməlidir. Bu müharibə bitməlidir;

-Biz suveren və firavan Ukrayna istəyirik. Ancaq əvvəlcə etiraf etməliyik ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qaytarılması qeyri-real məqsəddir;

-Ukraynada davamlı sülh münaqişənin yenidən baş verməsinin qarşısını almaq üçün etibarlı təhlükəsizlik təminatlarını ehtiva etməlidir. Bu, Minsk 3.0 olmamalıdır;

-ABŞ Ukraynanın NATO-ya üzvlüyünü danışıqlarda əldə ediləcək razılaşmanın real nəticəsi hesab etmir;

-Ukraynanın təhlükəsizliyinə dair istənilən zəmanət Avropa və qeyri-Avropadan olan qoşunlar tərəfindən dəstəklənməlidir;

-Sülhməramlı qüvvələr yerləşdirilərsə, bu, yalnız NATO-dan kənarda, 5-ci maddənin tətbiqi olmadan və Ukraynada Amerika qoşunlarının iştirakı olmadan yaranan missiya ola bilər;

-Təmas xəttinin etibarlı beynəlxalq monitorinqi təmin edilməlidir;

-ABŞ artıq ilk növbədə Avropanın təhlükəsizliyinə diqqət yetirə bilməz;

-Bundan sonra Avropa təhlükəsizliyinin qorunması NATO-nun Avropa üzvləri üçün prioritet məsələyə çevrilməlidir;

-Avropa gələcəkdə Ukraynaya silah və digər yardımların böyük hissəsini təmin etməli olacaq;

-Avropa İttifaqı, müdafiə sənayesi bazasını genişləndirin və ən əsası, Avropanın üzləşdiyi təhlükələr barədə vətəndaşlarınızla dürüst olun. Onlara deyin ki, bu təhlükə ancaq müdafiəyə daha çox sərmayə qoymaqla aradan qaldırıla bilər;

-ABŞ NATO-ya və onun Avropa ilə müdafiə tərəfdaşlığına sadiq qalır. Amma biz artıq asılılığı təşviq edən balanssız münasibətlərə dözməyəcəyik.

Göründüyü kimi, Tramp administrasiyası birmənalı olaraq, Avropanı və Ukraynanı işğalçı Rusiya ilə baş-başa buraxmaq niyyətindədir.

Heqsetin səsləndirdiyi tezislərdəki ziddiyyətləri görmək üçünsə xüsusi istedada ehtiyac yoxdur. Belə ki, Ukraynanın NATO üzvlüyü və işğal edilmiş torpaqlarının azad edilməsi mümkünsüz sayılır. Atəşkəs olacağı təqdirdə cəbhə boyu sülhməramlı missiyanın yaradılması şübhə altına alınır. Yardılacağı təqdirdə belə ABŞ qoşunlarının sülhməramlı kontingentdə iştirakı birmənalı olaraq istisna olunur və eyni zamanda da “etibarlı təhlükəsizlik təminatları” və “etibarlı beynəlxalq monitorinq”in təmin olunması istənilir. Bütün bunlar NATO-dan kənarda və ABŞ-nin iştirakı olmadan edilməlidir(?). Maraqlıdır, NATO-nun 5-ci maddəsi və ABŞ olmadan bu “etibarlılıq” hansı səviyyədə olacaq və bunu kim təmin edəcək?

Bir sözlə, cavabı açıq suallar çoxdur və Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun “Tramp Putinə təslim olub” ifadəsi daha düşündürücü və aktual şəkil alır…

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see179

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see166

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see144

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri