NATO nun Baş katibi Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 15 iyul, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rutte Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, M.Rutte Rusiya ilə ticarət əlaqələrini davam etdirəcəyi təqdirdə Braziliya, Çin və Hindistanın ikinci dərəcəli sanksiyalardan ciddi şəkildə zərər görə biləcəyini deyib: “Ona görə də, zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, ciddi şəkildə sülh danışıqlarına başlamalıdır. Əks halda bunun Braziliya, Hindistan və Çin üçün ağır nəticələri olacaq”, - deyə NATO-nun Baş katibi qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə sülh sazişi əldə olunmasa, Rusiya məhsullarını alan ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 İyul 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















