NATO ölkələri Ukraynaya könüllü vəsait ayıracaq
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv dövlətlər Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə yaradılmış yeni hesaba könüllü olaraq vəsait yatırmağı planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Kiyevin müttəfiqləri ABŞ-dən Ukrayna üçün milyardlarla dollar dəyərində silah almaq məqsədilə yeni depozit hesabı yaradacaq.
Bildirilir ki, Ukraynanın silah ehtiyaclarının təhlili NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin yeni komandanı, amerikalı general Aleksis Qrinkeviç tərəfindən həyata keçiriləcək. Bu zaman silah tədarükü "Ukraynanın tələbləri ilə ABŞ-nin hərbi ehtiyaclarının müqayisəsi" əsasında həyata keçiriləcək.
Təşəbbüsün ilkin mərhələsində silah alınması üçün təxminən 10 milyard dollar ayrılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:NATO ölkələri Ukraynaya yardım etməyi öhdələrinə götürdülər...
25 İyun 2025 17:54
NATO ölkələri Ukraynaya milyardlarla avro yardım edəcək
01 Mart 2025 12:05
Tayvan Ukraynaya vəsait ayıracaq
12 May 2025 23:20
NATO ölkələri Ukraynaya yeni tanklar verəcək Polşalı nazir
09 Yanvar 2025 20:25
Rutte: NATO ölkələri Ukraynaya hərbi dəstəyi davam etdirməlidir
13 Fevral 2025 17:45
Baxış sayı:59
Bu xəbər 02 Avqust 2025 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















