Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Daşkəndli Aşıq Nəcəf

Daşkəndli Aşıq Nəcəf

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqımızın əsrlər boyu yaşatdığı mənəvi sərvətlərdən biri olan aşıq sənətinin zaman-zaman xalqın sevincini, kədərini, məhəbbətini, həsrətini və taleyin ağır sınaqlarını öz yaradıcılıqlarında əks etdirən çox ünlü ustad sənətkarları olub. Onlardan biri də Göyçə aşıq mühitinin ünlü simalarından olan Daşkəndli Aşıq Nəcəfdir.

Daşkəndli Aşıq Nəcəf - Nəcəf Allahverdi oğlu Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlib. Onun doğum tarixi ilə bağlı mənbələrdə indiyədək fərqli məlumatlar var: bəzi mənbələrdə 1860, bəzilərində isə 1876-cı ildə anadan olduğu göstərilib. Arxiv sənədləri əsasında son dəqiqləşdirmələrə görə isə, Aşıq Nəcəfin doğum tarixi 1867-ci ildir (bax: Nazir Əhmədli. Azərbaycan aşıqları və el şairləri. Bakı, "Elm və təhsil", 2026; Araz Yaquboğlu. Daşkəndli Aşıq Nəcəf hansı ildə doğulub? "Ozan dünyası" jurnalı, №1 (39) 2026). 

Azərbaycan aşıq sənətinin böyük ustadlarından olan, Aşıq Ələsgər məktəbinin yetirməsi və bu böyük saz-söz sənətkarının ən sevimli şagirdlərdən biri kimi, ustadından təxminən on il dərs alan Nəcəf gənc yaşlarından fitri istedadı, güclü səsi, iti hafizəsi və şeir söyləmək bacarığı ilə seçilib. Boy-buxunlu, qədd-qamətli, yaraşıqlı bir şəxs olan Nəcəf ecazkar səsi ilə o dövrün aşıqları arasında xüsusi şöhrət qazanıb. İfaçılıq qabiliyyəti, xüsusilə, zil səsi və zəngulələri haqqında el arasında çoxlu xatirələr bu gün də yaddaşlarda yaşamaqdadır. Güclü zil səsi ilə Aşıq Ələsgərin digər şəyirdlərindən fərqlənib. Özü kimi güclü səsə sahib olan Aşıq Əsədlə dostluq edib, sənətin çətin yollarında bir müddət birgə addımlayıblar. Əsədlə bərabər dəfələrlə toy məclislərində otuzluq lampanı söndürdükləri haqda danışılır.

Aşıq Nəcəf dövrünün kifayət qədər tanınmış qüdrətli saz-söz ustadı olmaqla yanaşı, həm də eldə-obada sayılıb-seçilən, sözükeçən nüfuzlu bir şəxsiyyət olub. Yalnız istedadlı sənətkar olmasıyla deyil, həm də mərdliyi, cəsarəti və el içində nüfuzu ilə seçilən, sazı ilə el məclislərində insanların könlünü oxşayan, şeirləri ilə xalqın sevincini və dərdini ifadə edən bir şəxsiyyət kimi tanınıb.

Aşıq Nəcəf dövrün digər ustad sənətkarları ilə də dostluq münasibətində olub. Onunla bağlı tədqiqatlarda qeyd olunur ki, hətta Aşıq Hüseyn Bozalqanlı onun oğlanları Şəmistanla Şəmiddinin kirvəsi olub, bu məqsədlə Göyçə mahalına səfər edib.

Aşıq Nəcəfin yazdığı şeirlərin hamısı günümüzə qədər gəlib çatmayıb. Yaşadığı dövrün qarışıqlıqları və şifahi ənənənin xüsusiyyətləri ilə yanaşı, onun həyatının faciəli sonluğu da yaradıcılıq irsinin qorunmasını xeyli çətinləşdirib. Bununla belə, bir sənətkar kimi adı sonrakı nəsillərin yaddaşında yaşayıb.

Onun acınacaqlı həyatı, yaradıcılığı və taleyi haqqında indiyədək yüzə qədər kitab, qəzet və jurnallarda elmi və elmi-publisistik məqalələr işıq üzü görüb, dastanlar, poemalar, şeirlər qələmə alınıb, televiziya və radio verilişləri hazırlanıb. Xəstə Bayraməli, Həsən Xəyallı, Xəlil Rza Ulutürk, Əli Qurban Dastançı, Zəlimxan Yaqub və başqa görkəmli söz adamları öz əsərlərində Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqında fikir bildiriblər. Sərraf Şiruyənin "Aşıq Nəcəf və Gülüstan" dastanı, Eldar İsmayılın "Nəcəf" poeması və Xasay Zeynalovun "Aşıq Nəcəf dastanı" bu mövzuya həsr olunmuş əsərlər sırasındadır. 2026-cı ilin sentyabrında isə Aşıq Nəcəfin həyatı və yaradıcılığından, ermənilər tərəfindən başına gətirilən faciələrdən bəhs edən "Sındırılmış saz, yandırılmış aşıq" adlı kitab işıq üzü görüb (Toplayanı, tərtib edəni və qeydlərin müəllifi tədqiqatçı, folklor araşdırıcısı Araz Yaquboğludur. Bakı, "Elm və təhsil", 2026. 280 səh.).

Aşıq Nəcəfin ustad sənətkar kimi özünəməxsusluğundan bəhs edən folklorşünas alim Maşallah Xudubəyli qeyd edir ki, daşkəndli Aşıq Nəcəf deyəndə "səsini və nəfəsini sənət dünyamızda ayrıca bir şöhrət tacı qoyub getmiş" ustad sənətkar yada düşür və  onun həm də muğamlarımızın mahir bilicisi olduğunu vurğulayır: "Aşıq sənətimizin dünənində, "Səs Allahı" kimi əbədiyyətə qovuşan daşkəndli Nəcəf, həm də muğamlarımızın mahir bilicisi kimi xatirələrə dönüb. Bu şaqraq və həzin laylalı sənətkar, öz səsinin döndərmələriynən bircə anın içində adamları həm ağladar, həm də güldürərmiş. O, "Şərili"ni, "Göyçəgülü"nü, "El havası"nı ustad bir aşıq kimi qaynatmaya çəkəndə, arxasınca "Dəli Koroğlu"nun "Misri"sinin zil nərəsiynən kimsəyə əlçatmaz olan bir zirvədə öz tapşırmasını tamamlayarmış".

M.Xudubəyli həmçinin qeyd edir ki: "Aşıq Nəcəfin səs xəzinəsi nə qədər sonsuz və tükənməz olubsa, onun hər havaya ustad sərfi də bir elə dərin olub. "Şahsevəni", "Yurd yeri", "Göyçəgülü" kimi aşıq havalarına özünəməxsus yeni nəfəs verən Aşıq Nəcəfin döndərmələri də heç kiminkinə bənzəməzmiş. O, "Yanıq Kərəmi"ni oxuyanda özü də Kərəmə dönüb gözyaşları axıdarmış, "Misri"ni zilə çəkəndə başı dağlardan uca görünər, bir elin qəhrəmanlıq timsalı kimi xəyalları Qıratın yalmanına sarınarmış".

Aşıq Nəcəfin irsinin öyrənilməsi bir ustad sənətkarın həyat yolunun və bioqrafiyasının öyrənilməsi ilə yanaşı, Göyçə aşıq məktəbinin xüsusiyyətlərini, ustad-şagird münasibətlərini, xalqın mənəvi dünyasını, həm də dövrün ictimai-siyasi mənzərəsini və tarixi yaddaşını öyrənmək baxımından əhəmiyyətlidir.

Daşkəndli Aşıq Nəcəf hər zaman insanı düşündürən, həyatı və taleyi maraq doğuran el sənətkarlarından biri kimi xatırlanır. Onun haqqında danışarkən aşıq sənətinin keçmişinə, ustad-şagird ənənəsinə, yaşadığı dövrün ziddiyyətlərinə, tarixi mənbələrdə, eləcə də bütün bunlarla bağlı el yaddaşında günümüzədək yaşayanlara da nəzər salmaq vacibdir. XX əsrin əvvəllərində Göyçə mahalında zorakılıqların baş verdiyi, əsrlərlə orada öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın həyatına ağır zərbə vurulduğu bir zamanda Aşıq Nəcəfin də həyatı təhlükə altında idi. O illərdə ermənilər soydaşlarımızın başına elə faciələr gətiriblər ki, bu hadisələr tarixi qaynaqlarda öz əksini tapmaqla yanaşı, zaman keçdikcə xalqın yaddaşında da dastanlaşaraq yaşamağa davam edib. Bu mənada, sazı, sözü və el-obaya bağlılığı ilə seçilən Aşıq Nəcəfin faciəsi Azərbaycan xalqının tarixi yaddaşında zorakılıq, yurd həsrəti və sənətkar taleyinin acı nümunələrindən biri kimi yaşayır. Aşıq Nəcəfin dilindən söylənilən və onun öz şeiri kimi təqdim olunan bu nümunə də dediklərimizi sübut edir:

Könül quşu, uç get ana vətənə,

Mənə o yerlərdən bir xəbər gətir.

Əhvalımı yetir nər igidlərə,

Qasımı, Ziyadı birtəhər gətir.

Görsən nələr çəkir uğursuz ana,

Deginən ki, ömrü getdi bəd fəna.

Qoy düşmən gülləsi dəyməsin mana,

Daşkənddən içməyə bir zəhər gətir.

Samovarı bağladılar belimə,

Məşəd Qasım pəriskardı elimə.

Barilahim, əlim yetir əlimə,

Qohumdan, qardaşdan bir nəfər gətir.

Mən bilmədim polkovnikin adını,

Güllə ilə vurdu öz arvadını.

Kimə deyim fəryadımı, dadımı,

Arvaddan-uşaqdan bir xəbər gətir.

Nəcəf deyər, harda qaldı Gülüstan?

Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.

İsmayıl körpədir, çıxammaz yasdan,

İlahi, üzünə xoş səhər gətir.

Onun həyatının ən faciəli səhifəsi Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı törədilən zorakılıqlarla bağlıdır. Aşıq Nəcəfin faciəli ölümü haqqında mənbələrdə insanı dəhşətə gətirən məlumatlar var. Aşıq sənətinə və Göyçə tarixinə həsr olunmuş yazılarda onun 1919-cu ildə ermənilər tərəfindən əsir götürüldüyü, ağır işgəncələrə məruz qaldığı və belinə qaynar samovar bağlanaraq öldürüldüyü qeyd olunur. Üstəlik, onun gözləri qarşısında beş oğlu da xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Bu hadisə yalnız bir sənətkarın qətli, bir ailənin məhv edilməsi kimi deyil, həm də bütöv bir elin mədəni yaddaşına vurulan zərbə kimi xatırlanır. Sazı ilə insanlara sevinc bəxş edən, məclislərdə sözün və sənətin qüdrətini nümayiş etdirən bir aşığın belə amansız sonluqla üzləşməsi xalq yaddaşında dərin iz buraxıb.

Onun faciəli ölümü ilə bir insanın həyatı yarımçıq qaldı, lakin adı xalqın yaddaşından silinmədi. Aşıq Nəcəf haqqında yazılan əsərlər, söylənən xatirələr və aparılan araşdırmalar onun sənət irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Aşıq Nəcəfin gözlərinin önündə əvvəlcə oğlanlarının qəddarcasına, insanlığa sığmayan bir vəhşiliklə qətlə yetirilmələri, sonra isə özünün kürəyinə qaynar samovar bağlanılaraq işgəncə ilə öldürülməsi həm xalqın yaddaşında həm də sənətkarların sazında-sözündə yaşamaqdadır. Ermənilərin bu analoqu olmayan vəhşiliyi aşıqlarımızın şeirlərində də öz əksini tapıb.

İstər xalqın yaddaşında, istərsə də müxtəlif mənbələrdə, aşıq sənətinə dair elmi araşdırmalarda Aşıq Nəcəfin faciəvi həyatı və yaradıcılığı haqqında kifayət qədər məlumat var. Yəni o, az öncə də qeyd etdiyimiz kimi, həm xalqın yaddaşında, həm də yazılı mənbələrdə yaşamaqdadır. Ancaq gəlin görək, biz bu faciəni, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə lazımınca çatdıra bilmişikmi? Daha doğrusu, bu haqda düşünmüş, hansısa addım atmışıqmı? Ermənilər olmayan şeyi şişirdib dünya ictimaiyyətinin gözündə xalqımızı aşağılamaq üçün hər yola əl atdıqları halda, biz real tarixi faktı - bir sənətkarın gözlərinin qarşısında beş oğlunun vəhşicəsinə qətlə yetirilməsi və özünün də kürəyinə qaynar samovar bağlanaraq diri-diri işəgəncələrlə öldürülməsi faktını niyə dünya çapında ictimailəşdirmirik? Bununla bağlı bir sənədli film çəkib, müxtəlif dillərdə səsləndirməklə xarici ölkələrdə yayılması erməni qaniçənlərinə və onların  havadarlarına ən tutarlı cavab olmazmı?! Hələ də gec deyil, və hesab edirik ki, belə bir filmin çəkilməsi zəruridir.

Qarşıdan Aşıq Nəcəfin yubileyi gəlir - 2027-ci il onun anadan olmasının 160 illik yubiley ilidir. Heç olmasa yubileyi ərəfəsində bu böyük sənətkarın faciəvi taleyi ilə bağlı filmin çəkilməsi, yubileyin geniş şəkildə qeyd olunaraq erməni faşizminin daha bir vəhşiliyinin, iyrənc əməlinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün indidən addım atılmalıdır. Bu, həm də ona görə lazımdır ki, Ermənistanla sülhə dair ilkin razılaşma əldə edilsə də, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Son günlər Ermənistan tərəfindən səsləndirilən müxtəlif bəyanatlar (yekun sülh sazişinin 2031-ci ilədək imzalanması və s.) isə onların bu məsələdə o qədər də istəkli olmadığını göstərir.

...Aşıq Nəcəfin taleyi göstərir ki, insanın ömrü sona çatsa da, xalqın qəlbinə, yaddaşına köçmüş sənətkarlar heç zaman ölmür. Onun adı sazın simlərində, Göyçə ilə bağlı xatirələrdə və Azərbaycan aşıq sənətinin tarixində yaşayır.

Bu gün Aşıq Nəcəfi xatırlamaq Göyçənin saz-söz ənənəsinə ehtiram göstərmək, sənətkarların həyat və yaradıcılığını obyektiv şəkildə öyrənməklə yanaşı, həm də tarixi yaddaşı yeniləmək və qorumaq baxımından əhəmiyyətlidir.

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri