Alimlər ürəyin xərçəngə qarşı müdafiə mexanizmini aşkar etdi
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyalı alimlər ürəkdə xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdıran mühüm mexanizm aşkar ediblər. Araşdırmaya görə, ürəyin fasiləsiz nasos fəaliyyəti və bu proses zamanı yaranan mexaniki təsirlər şiş hüceyrələrinin çoxalmasına mane olur.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Uzun illər ürəkdə xərçəngin son dərəcə nadir rast gəlinməsi əsasən ürək əzələsi hüceyrələrinin bölünmə qabiliyyətinin aşağı olması ilə izah edilib. Lakin İtaliyanın Triest Universitetinin alimləri bununla yanaşı, ürəyin ritmik yığılmasının da qoruyucu rol oynadığını müəyyən ediblər.
“Science” jurnalında dərc olunan araşdırmaya əsasən, ürək gündə orta hesabla 100 min dəfə yığılıb-boşalarkən yaranan mexaniki qüvvələr xərçəng hüceyrələrinin inkişafına mane olur. Laboratoriya heyvanları üzərində aparılan təcrübələrdə ürəyin döyüntüsü zəiflədikdə xərçəng hüceyrələrinin sürətlə çoxaldığı, normal fəaliyyət zamanı isə məhv olduğu müşahidə edilib.
Alimlər bu prosesdə Nesprin-2 adlı zülalın da mühüm rol oynadığını aşkarlayıblar. Ürəyin mexaniki fəaliyyəti nəticəsində yaranan bu zülal xərçəng hüceyrələrinin nüvəsinə siqnal göndərərək onların çoxalmasını dayandırır.
Tədqiqatın rəhbəri, molekulyar biologiya professoru Serena Zakkinya bildirib ki, ürəyin fasiləsiz mexaniki fəaliyyəti şiş hüceyrələri üçün əlverişsiz mühit yaradır.
Yeni müalicə üsullarına ümid
Tədqiqatçılar əldə olunan nəticələr əsasında dəri və süd vəzi xərçəngi kimi xəstəliklərin müalicəsində istifadə oluna biləcək xüsusi tibbi cihazlar hazırlamaq üzərində çalışırlar. Məqsəd şiş toxumasına mexaniki təsir göstərərək xərçəng hüceyrələrinin böyüməsini məhdudlaşdırmaqdır.
Digər tərəfdən, Qolvey Universitetinin alimləri də xarici təzyiqin xərçəng hüceyrələrinin bölünməsinə təsirini araşdırıblar. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi toxumalarda təzyiq şişin böyüməsini ləngitsə də, digər hallarda xərçəngin yayılmasını sürətləndirə bilər.
Bu səbəbdən alimlər mexaniki təsiri birbaşa tətbiq etməkdənsə, xərçəng hüceyrələrində qoruyucu zülalları aktivləşdirən dərmanların hazırlanmasını daha təhlükəsiz yanaşma hesab edirlər.
Qeyd edək ki, ilkin nəticələr yeni müalicə istiqaməti üçün perspektiv yaratsa da, bu mexanizmin insanlarda xərçəngin müalicəsində effektivliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Noyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















