“NATO real ittifaq olmalıdır” Rubio KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ dövlət katibi Marko Rubio deyib ki, NATO yükün əsas hissəsini ABŞ-ın üzərinə götürdüyü bir ittifaqa çevrilməkdənsə, tamhüquqlu müdafiə ittifaqı olaraq qalmalıdır.
KONKRET.az xəbərinə görə, Vaşinqton hesab edir ki, Alyans bütün üzvlərin bərabər iştirakı prinsipi əsasında qurulmalıdır.
“NATO mühüm və faydalı ittifaqdır. Aparıcı iqtisadiyyatlarla və inkişaf etmiş silahlı qüvvələri olan ölkələrlə əməkdaşlıq imkanı ABŞ-ın mövqeyini gücləndirir. Bu, bizim maraqlarımıza uyğundur”, – Rubio qeyd edib.
Eyni zamanda o, ittifaqın bütün üzvlərin bərabər iştirakı prinsipi əsasında qurulmalı olduğunu vurğulayıb.
“Müttəfiqlik yalnız tərəfdaşlar öz öhdəliklərini yerinə yetirdikdə məna kəsb edir. Bəzi ölkələr ÜDM-in cəmi 1-1,2%-ni müdafiəyə xərclədikdə, bu, artıq tərəfdaşlıq deyil, asılılıqdır”, – Dövlət Departamentinin rəhbəri yekunlaşdırıb.
Müşviq Tofiqoğlu
Baxış sayı:83
Bu xəbər 23 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















