NATO rəsmisi: Regional təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan və Ermənistanla yaxından işləyəcəyik
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb.
Bu barədə B.Ruge "X"də yazıb.
Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər.
"NATO adından Ermənistan və Azərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş münasibətilə təbrik etdim.
NATO bu irəliləyişi alqışlayır və tərəfdaşlığımızı qurmaq və regional təhlükəsizliyi təşviq etmək üçün həm Ermənistan, həm də Azərbaycanla yaxından işləməyə davam edəcək", - o bildirib.
Bu mövzuda digər xəbərlər:NATO Azərbaycan və Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək
12 Avqust 2025 20:21
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
06 İyul 2025 09:15
NATO: Bu, regional təhlükəsizlik üçün böyük töhfədir
09 Avqust 2025 17:20
Parlamentari: Azərbaycan regional, beynəlxalq təhlükəsizliyi gücləndirmək niyyətindədir
22 Sentyabr 2025 13:45
Azərbaycan regional təhlükəsizliyi təmin etməyi hədəfləyir ŞƏRH
18 Mart 2025 10:16
Baxış sayı:81
Bu xəbər 12 Avqust 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















